Yuxarı

BBQ-nin proqnozu: Neft bazarını nələr gözləyir?

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Brent markalı neftin qiyməti cari ildə 64-66 dollar arasında dəyişəcək.

Bu sözləri Axar.az-a Beynəlxalq Böhran Qrupunun 2019-cü il üzrə proqnozunun neftin qiymətlərinə təsiri haqda danışan Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban deyib. Ekspert sözügedən proqnozun dünya bazarında neft qiymətlərinə ciddi təsir göstərəcəyini deyib:

“Nəinki Beynəlxalq Böhran Qrupu, eləcə də Beynəlxalq Enerji Agentliyi, enerji mərkəzləri və investisiya banklarının proqnozları neftin qiymətlərini aşağıya doğru çəkir. Belə ki, ötən ilin dekabrında neftin qiyməti 70 dollar proqnoz edilirdisə, indi artıq “Brent” markalı neftin qiyməti cari il üçün 64-66 dollar arasında proqnoz edilir. Bu da neft hasilatının artması, dünyada, əsasən də istehlakçı ölkələrdə - Çin və Avropada ilin başlanğıcından iqtisadi artımın yüksək tempdə olmaması faktorları ilə bağlıdır. Yəni belə hesab edirlər ki, enerjiyə tələbat yüksək səviyyədə olmayacaq. Bu baxımdan da il başlayandan dünya bazarında neft qiymətləri 61-62 dollar arasında dəyişir. Bir sözlə, hələ ki, OPEK və OPEK+ tərədinfən atılan addımlar neftin qiymətini 65 dollara çəkir”.

Qeyd edək ki, Beynəlxalq Böhran Qrupu 2019-cü il üzrə dünyada qarşıdurmalar və böhranlarla bağlı proqnoz hazırlayıb.

Proqnozda dünya üçün riskli olan hadisələrin adları açıqlanıb.

Tarix
2019.02.13 / 09:07
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla