Yuxarı

Vergilər Nazirliyi Bakıda forum keçirir

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fevralın 18-də Bakıda Vergilər Nazirliyinin təşkilatçılığı ilə “Vergilər. Şəffaflıq. İnkişaf” mövzusunda forum keçirilir.

Axar.az xəbər verir ki, forumun məqsədi Azərbaycanda həyata keçirilən vergi siyasətinin əsas istiqamətləri, qarşıda duran vəzifələr və inkişaf perspektivləri ilə bağlı vətəndaş cəmiyyəti, işguzar dairələrlə açıq dialoqun qurulmasıdır.

Forumda çıxış edən vergilər naziri Mikayıl Cabbarov vergi sistemində aparılan islahatlar, həyata keçirilən vergi siyasətinin əsas istiqamətləri, vergi qanunvericiliyində edilmiş dəyişiklikər, dövlət-biznes münasibətləri, ölkəmizin vergi sisteminin perspektiv inkişaf istiqamətləri barədə işguzar dairələrlə fikir mübadiləsinin aparılmasının vacibliyini vurğulayıb.

Tədbirdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Milli Məclis, dövlət qurumları, beynəlxalq təşkilatlar, ictimai birliklər, qeyri-hökumət təşkilatlarının nümayəndələri və iş adamları iştirak edir.

Tarix
2019.02.18 / 10:51
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Radev Əliyevə zəng etdi: Səfər təxirə düşdü

Rəsmi İrəvan gərəksiz bəhanələr axtarmaq əvəzinə…

Bu, Ermənistanı yeni təxribatlara təşviq edə bilər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla