Yuxarı

Bu, ixrac imkanlarımızı artıracaq - Ekspert

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

İstehsal sahələrinin istifadəyə verilməsi birmənalı şəkildə qeyri-neft sektorunun inkişafı baxımından vacibdir.

Bu sözləri Axar.az-a Prezident İlham Əliyevin Sumqayıtda “SOCAR Polymer”in - yüksək sıxlıqlı polietilen zavodunun açılışında iştirakı ilə bağlı danışan iqtisadçı alim Vüqar Bayramov deyib.

Ekspert Azərbaycan prezidentinin iştirakı ilə Sumqayıtda son aylar bir neçə istehsal sahəsinin istifadəyə verilməsini müsbət qiymətləndirib:

“Yeni zavodun açılışı nəticə etibarilə bir tərəfdən Azərbaycan üçün yeni ixrac imkanlarına, digər tərəfdən isə daxili tələbin mərhələli şəkildə yerli istehsal hesabına ödənilməsinə gətirib çıxaracaq. Nəzərə alsaq ki, son dövrlər yeni açılan zavodlarda istehsal edilən məhsullar həm də ixrac məqsədi daşıyır. Bu da xüsusən valyutanın ölkəyə daxil olması baxımından çox vacibdir. Çünki Sumqayıtda SOCAR brendi ilə məhsul istehsal edilir və bu istehsal yeni zavodda da həyata keçiriləcək. Həmin məhsullara praktik olaraq qonşu ölkələrdə tələb var. “SOCAR Polymer”in istifadəyə verilməsi istehsal edilən məhsulları ixrac etməyə imkan verəcək”.

İqtisadçının sözlərinə görə, yeni zavodun açılışı neft sektorunda istehsal imkanlarını genişləndirəcək:

“Bu zavodların və istehsal sahələrinin formalaşması eyni zamanda, məşğulluğun təmin olunmasına və yeni iş yerlərinin yaradılmasına xidmət edəcək”.

Tarix
2019.02.18 / 18:03
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla