Yuxarı

Bakının meqalayihəsi: Avropa gələn il alacaq...

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Azərbaycan qazını 2020-ci ilin yayında qəbul edəcək.

Bu sözləri Axar.az-a Prezident İlham Əliyevin Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin V toplantısındakı nitqini şərh edən Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban deyib. Ekspert bildirib ki, Cənub Qaz Dəhlizi enerji şaxələndirilməsi layihəsidir:

“Enerji resurslarının şaxələndirilməsi istehsalçı, istehlakçı və tranzit ölkələr üçün çox vacibdir. Cənub Qaz Dəhlizi dörd elementdən ibarətdir və onlardan üçü artıq istifadə olunur: TANAP, TAP və “Şahdəniz 2”. Belə ki, ötən il iyulun 28-də “Şahdəniz 2” layihəsi üzrə qaz hasilatı həyata keçirilməyə başladı. Artıq 1 milyard kubmetr kommersiya qazı Türkiyə bazarına ixrac edilir. Avropa Komissiyasının nümayəndəsindən əldə etdiyim məlumata görə, Avropa Azərbaycan qazını 2020-ci ilin yayında qəbul edəcək”.

İ.Şaban layihənin kommersiya tərəfli ilə bağlı önəmli bir məqama da diqqət çəkib:

“Enerji layihələri gerçəkləşdirilən zaman dünya bazarında neft qiymətlərinin aşağı olması Azərbaycan və tərəfdaşlarının xeyrinə oldu. Belə ki, xidmət işləri və metalın qiyməti bir qədər ucuzlaşdı. Bunun nəticəsində də maliyyə üzrə investisiya 40 milyardı ötmədi”.

Tarix
2019.02.20 / 23:06
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla