Yuxarı

Baş nazir Dünya Bankının direktoru ilə görüşdü

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədov fevralın 21-də Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru xanım Mersi Tembon ilə görüşüb.

Axar.az xəbər verir ki, Baş nazir Novruz Məmmədov Dünya Bankı ilə Azərbaycan arasında çox yaxşı əməkdaşlıq əlaqələrinin qurulduğunu bildirib. Əlaqələrin inkişafında yüksək səviyyəli görüşlərin mühüm rolu olduğunu vurğulayan Baş nazir bu yaxınlarda Azərbaycan Prezidenti İlham Əliyevin Dünya Bankının baş icraçı direktoru xanım Kristalina Georgiyeva ilə görüşünü xatırladıb. Baş nazir bildirib ki, Dünya Bankı ilə Azərbaycan arasında kənd təsərrüfatı, təhsil, səhiyyə sahələrinin, məhkəmə sisteminin və digər sahələrin avtomatlaşdırılması, özünüməşğulluğun daha da inkişaf etdirilməsi üzrə layihələrə, əməkdaşlığın perspektivlərinə dair müzakirələr aparılır. Bu layihələrin həyata keçirilməsinin ölkəmiz üçün mühüm əhəmiyyət daşıdığını bildirən Novruz Məmmədov deyib: “Bu günə qədər Azərbaycan ilə Dünya Bankı arasında 50-yə yaxın layihə reallaşıb, 10-a yaxın layihə isə həyata keçirilməkdədir. Hesab edirəm ki, sizin ölkəmizə səfərinizin, keçirilən səmərəli görüşlərin bu əməkdaşlığın genişləndirilməsi baxımından mühüm əhəmiyyəti var”.

Novruz Məmmədovu Azərbaycan Respublikasının Baş naziri təyin olunması münasibətilə təbrik edən Mersi Tembon ölkəmizdə çox qısa müddət ərzində nail olunan inkişafdan məmnunluğunu bildirib. O, bu uğurların əldə olunmasında Azərbaycan dövlətinin və xalqının qətiyyətini xüsusi vurğulayıb və bunu təqdir etdiklərini deyib.

Görüşdə Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması istiqamətində infrastruktur layihələrinin icrasının dəstəklənməsinə, Azərbaycanda icbari tibbi sığorta sisteminin formalaşdırılmasına və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.

Tarix
2019.02.21 / 18:58
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla