Yuxarı

Almaniya Xəzərdə Azərbaycan qazına göz dikdi

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Almaniya Xəzərdə Azərbaycan qazına göz dikdi

Alman şirkəti Vista Holding Group AG-ın Direktorlar Şurasının sədri Karl-Henrix Qasser "Transatlantic journal”a müsahibəsində bildirib ki, onun şirkəti təbii qazın Avropaya idxalına böyük investisiyalar qoymağı planlaşdırır və bu barədə Azərbaycanla danışıqlar aparır.

Virtualaz.org-un məlumatına görə, şirkətin başçısı bildirib ki, Almaniyanın enerji təchizatının diversifikasiyası problemdir, hansı ki, almanların bir çox nəslinə toxunur. K.Q.Qasser deyib ki, Almaniyanın maye qazdan imtinasını səhv adlandırardı.

O vurğulayıb ki, Almaniya üçün təbii qaz rəqabətə davamlı qiymətlər üzrə tapılmalıdır və onun şirkəti indi bu sferada əlverişli layihələrin axtarışı ilə məşğul olur.

Alman şirkətinin investisiyaları haqda nəşrin sualına cavab verərkən, Karl-Henrix Qasser deyib: "Biz bütün Avropa üzrə təbii qaz infrastrukturunun formalaşmasında çox maraqlıyıq. Biz Xəzər dənizində böyük həcmdə qaz ehtiyatlarının olması ehtimal edilən yataqlar üzrə Azərbaycanla danışıqlar aparırıq.

Biz Azərbaycanda Xəzər dənizində, Bakıdan cənub-şərqdə reallaşdırılan layihədə təmsil olunuruq və həmin layihəyə sərmayə qoyuruq. Bundan sonra bu layihə haqda mən sizə yalnız ilin sonuna danışa biləcəyəm".

Tarix
2019.03.08 / 22:39
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiya bu silahı təklif edir - Azərbaycan alacaq?

Tokayevin Rusiya təklifinə Ankara nöqtə qoydu: Olmaz!

Azərbaycan 14 iranlını "arzuolunmaz şəxs" elan etdi

Azərbaycan və Latviya məsləhətləşmələr apardı

Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla