Yuxarı

“Kapital Bank” yeni Bravo-3 filialını istifadəyə verdi

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Kapital Bank” müştəri xidmətinin inkişafı istiqamətində mütəmadi olaraq yeni layihələr həyata keçirir. Yeni konsepsiya əsasında təqdim edilən filial, Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 172 ünvanında olan Bravo hiper marketdə (Koroğlu metrosunun yaxınlığında) fəaliyyət göstərir. Filial bazar ertəsi–cümə günü saat 11:00-dan 20:00-dək, şənbə və bazar günləri isə 10:00-dan 20:00-dək fəaliyyət göstərəcək. Artıq müştərilər yeni filialda müasir bank xidmətlərindən istifadə edə bilərlər.

Axar.az xəbər verir ki, “Kapital Bank”ın yeni konsepsiyası əsasında təqdim edilən Bravo 3 filialı, müştərilərə hesablaşma-kassa əməliyyatları, əmanətlər, müxtəlif növ kreditlər, plastik kartlar, pul köçürmələri, kommunal, rabitə və digər xidmətlərin ödənişləri, valyuta mübadiləsi və sair bank xidmətlərini təklif edir. Yeni filial müştərilərə ən yüksək səviyyədə xidmət göstərmək üçün bütün zəruri şəraitə və imkanlara malikdir.

Qeyd edək ki, “Kapital Bank” 2015-ci ildən etibarən filial şəbəkəsinin transformasiyası istiqamətində bir çox filial və şöbələrini müasir tələblərə uyğun təmir edərək vahid korporativ interyer dizayn standartlarını tətbiq edib və bu proses hazırda davam etməkdədir. Ötən illər ərzində 40-dan çox filialda əsaslı təmir və yerdəyişmə prosesi həyata keçirilib, 20-dən çox yeni filial və şöbə istifadəyə verilib. Bundan əlavə cari ildə bir sıra şəhər və region filiallarının yeni konsepsiyaya uyğun əsaslı təmir olunması, yeni filial və şöbələrin açılması planlaşdırılır.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan “Kapital Bank”, 99 filialı və 13 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Tarix
2019.03.14 / 13:49
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa demokratiya uğrunda mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

Onlar Qafqazda yeni böyük yanğını alovlandırmaq istəyir

AK Ermənistana 33 milyon avro ayıracaq

Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır

Xudavənglə bağlı addımlar atılacaq - Hacıyeva

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla