Yuxarı

Venesuela neft üçün yeni bazarlar axtarır

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Venesuela neft tədarükü üçün yeni bazarlar axtarır.

Trend-in məlumatına görə, bunu Venesuelanın neft naziri və Dövlət Neft Şirkətinin prezidenti Manuel Kevedo Fernandes Bakıda OPEK və qeyri-OPEK ölkələrinin Nazirlərinin Birgə Monitorinq Komitəsinin 13-cü iclası çərçivəsində jurnalistlərə deyib.

Nazir bildirib:

"Biz gün ərzində 4 min bareldən çox neft ixracını dayandırmışıq. Hazırda tərəfdaşlarımızla işləyirik, həmçinin yeni bazarlar axtarırıq. Rusiya əməkdaşlıq etmək və tədarükü artırmaq istədiyimiz dövlətlərdən biridir".

Hindistanın Venesueladan neft alışından imtina etməsinə gəlincə, M.K.Fernandes buna baxmayaraq ölkələrin ticarət münasibətlərini saxladığını vurğulayıb:

"Biz neft hasilatını hələ ötən il bərpa etməyə başladıq və bu işi 2019-cu ildə də davam etdirmək niyyətindəyik".

Qeyd edək ki, bu gün Bakıda OPEK və qeyri-OPEK ölkələrinin Nazirlərinin Birgə Monitorinq Komitəsinin 13-cü iclası keçirilib. Toplantıda 14 neft istehsalçısı olan ölkə və OPEK Katibliyi yüksək səviyyədə təmsil olunub.

İclasda OPEK-in bazarın inkişaf tempinin təhlili əsasında hazırlanmış təqdimatı və Müştərək Texniki Komissiyanın (JTC) fevral ayı üzrə hasilat göstəricilərindən bəhs edən hesabatı müzakirə edilib, həmçinin JTC-nin bazarın balanslaşdırılması üzrə tövsiyələri və neft istehsalının azaldılmasına dair öhdəliklərə əməletmə səviyyəsi nəzərdən keçirilib.

Tarix
2019.03.19 / 00:44
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla