Yuxarı

Ev və maşın bahalaşır – Ekspert

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

2019-cu ilin fevralında avtomobil bazarı üzrə təklif partfelində avtomobillərin sayı 1738 ədəd olub, orta qiymət isə 48 120 manat təşkil edib.

Bu sözləri Axar.az-a açıqlamasında “MBA Group” konsaltinq şirkətinin baş direktoru, ekspert Nüsrət İbrahimov deyib.

“Avtomobil bazarında fevral ayı ərzində qiymət artımı 8,75 faiz olub. Mühərrik həcmi 2 litrə qədər olan avtomobillərin qiymətində 2,15 azalma olub. Mühərrik həcmi 2-3 litr arasında dəyişən avtomobillərin qiymətində 10 faiz, 3 litrdən böyük olan avtomobillərdə isə 7.8 faiz bahalaşma qeydə alınıb”, - ekspert bildirib.

N.İbrahimov daşınmaz əmlak bazarındakı ümumi vəziyyəti də dəyərləndirib:

“Təkrar mənzil bazarında fevral ayı ərzində 1,72 faiz azalma, il ərzində isə 2,59 faiz artım olub. İlkin mənzil bazarında 1,16 faiz azalma, il ərzində 7,72 faiz artım olub. Torpaq bazarında ay ərzində 0,3 faiz, il ərzində 1,5 faiz artım qeydə alınıb. Mənzillərin kirayəsi bazarında ay ərzində 1,75 faiz, il ərzində isə 9,77 faiz bahalaşma baş verib”.

Ekspert obyektlərin satışı bazarında fevralda 0,67 artım, il ərzində isə 2,13 faiz azalma müşahidə edildiyini deyib:

“Obyektlərin icarəsi bazarında ay ərzində 3,43, il ərzində isə 12,09 bahalaşma baş verib. Həyət və bağ evlərində isə ay ərzində 4,41 faiz artım, il ərzində 5,22 faiz azalma qeydə alınıb. Tikinti materialları bazarında ay ərzində 0,17 ucuzlaşma, il ərzində isə 1,45 faiz bahalaşma olub”.

Ekspert il ərzində yaşayış evləri və torpaq bazarında 5-6 faiz civarında bahalaşma gözlənildiyini bildirib:

“Artım əsasən yaz aylarında və ilin sonunda, yəni sentyabr, oktyabr, noyabr aylarında olacaq”.

Tarix
2019.03.20 / 12:03
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla