Yuxarı

Rusiyalı nazirin Bakıdan verdiyi bu mesaj... – Şərh

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda OPEK və qeyri-OPEK ölkələrinin toplantısında mayda hasilatın yeni kvotalarına dair verilən bəyanatlar neft qiymətlərinə pozitiv təsir göstərməkdədir.

Bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı Natiq Cəfərli deyib. Ekspert bildirib ki, Səudiyyənin gündəlik hasilatı apreldən 100 min barrel azaltmağa hazırlaşması son günlərdə həlledici rol oynayıb:

“Belə ki, neft qiymətləri 68 dollara kimi yüksəlib. Hasilatın yeni kvotalarına dair verilən bəyanatların neft qiymətlərinə pozitiv təsiri davam edəcək”.

İqtisadçı Bakıda Rusiyanın energetika naziri Aleksandr Novakın verdiyi bəyanata da münasibət bildirib:

“Novak çox maraqlı fikirlər səsləndirib. Onun açıqlamlarından belə məlum olur ki, neft qiymətlərinin yüksəlməsinə çalışan OPEK və Rusiyaya bu yöndə mane olan güclər var. Təbii ki, söhbət ABŞ-dan gedir. Doğrudan da OPEK və OPEK-ə daxil olmayan ölkələrin neft qiymətlərini artırmaq cəhdləri çox zaman ABŞ-ın atdığı addımlarla neytrallaşdırılır. Çünki ABŞ-da gündəlik hasilat 12,1 milyon barrelə çatıb. Bu da ABŞ-a dünya liderliyini ələ almağa kifayət edib. ABŞ indi Rusiya və Səudiyyə Ərəbistanından daha çox neft hasil edir. Bu da neft qiymətlərinin kəskin artımının qarşısını alır. Novak da Bakıda məhz buna işarə verdi”.

N.Cəfərli onu da əlavə edib ki, OPEK və qeyri-OPEK ölkələri Nazirlərinin Birgə Monitorinq Komitəsinin (JMMC) mayda keçiriləcək 14-cü iclasında hasilatın növbəti dəfə azladılması ilə bağlı müəyyən qərarlar veriləcək:

“Bu da təbii ki, öz növbəsində neft bazarında bahalaşmaya səbəb olacaq”.

Tarix
2019.03.20 / 14:40
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

BƏM-də iclas: Azərbaycan Ermənistana qarşı…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla