Yuxarı

Azərbaycan bu dənizdə kəşfiyyata başlayır

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan və BP Aral dənizində geoloji kəşfiyyat işlərinə başlaya bilərlər.

Trend-in məlumatına görə, Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən (SOCAR) BP və SOCAR-ın Aral dənizində iki blokda geoloji kəşfiyyat işlərinin aparılması imkanını nəzərdən keçirməsi barədə yayılan xəbəri şəhr ediblər.

Bildirilib ki, tərəflər arasında məsləhətləşmələr aparılır, təkliflərə baxılır:

"Hazırda əməkdaşlıq məhz bu istiqamətdə gedir. Əgər gələcəkdə kəşfiyyat işlərinin aparılması haqqında qərar qəbul olunsa, ictimaiyyəti məlumatlandıracağıq".

Bundan əvvəl "Podrobno.uz" saytı "Nefteqazinvest" şirkətinin direktor müavini Husniddin Turayevə istinadən yazmışdı ki, BP və SOCAR tərəfindən Aral dənizinin su hövzəsində iki investisiya blokunda geoloji kəşfiyyat işlərinin aparılması imkanlarına baxılır:

"Konsorsiumda hər iki şirkət Özbəkistanda işlərə başlayıblar. Onlarla əməkdaşlıq haqqında memoramdum, həmçinin məxfilik barədə saziş imzalanıb. Xüsusilə şirkətlər Aral dənizinin su hövzəsində iki investisiya blokunda geoloji kəşfiyyat işlərinin aparılmasını nəzərdən keçirirlər. Ötən il onlara zəruri geoloji məlumat vermişik. Hazırda şirkətlərin nümayəndələri materialları öyrənirlər. Ümid edirik ki, onlar gələcəkdə həmin bloklarda işlərin görülməsi üzrə qərarı yaxın vaxtlarda qəbul edəcəklər".

Tarix
2019.03.24 / 16:27
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

BƏM-də iclas: Azərbaycan Ermənistana qarşı…

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verdi

Ermənistan səfirliyinin əsassız ittihamlarına cavab

Bu, qardaşlığımızın rəmzinə çevriləcək - Prezident

Ermənilərin dünən etdiyini unutmayacağıq…

İlham Əliyev İraq prezidentinə dəvət göndərdi

Prezidentlər Aytmatovun abidəsinin açılışında... - Foto

Ölkədə kommersiya mübahisələri ilə bağlı qərar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla