Yuxarı

Türk bankı Azərbaycanda filial açır

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türk bankı Azərbaycanda filial açır

Türkiyənin "T.C. Ziraat Bankası" Azərbaycanda törəmə bankın təsis edilməsi ilə bağlı Azərbaycan Mərkəzi Bankına (AMB) müraciət edib.

Bu barədə Report.az-a AMB-nin mətbuat xidmətindən məlumat verilib.

"Ziraat Bankası" Azərbaycan bank sistemində 1995-ci ildən təmsil olunan ilk xarici kapitallı bankdır. Hazırda "Ziraat Bankası"nın müraciəti AMB-də baxılmaqdadır və cari ilin sonunadək törəmə bankın lisenziyalaşdırılması prosesinin yekunlaşdırılması nəzərdə tutulur.

AMB bankın Azərbaycanda təmsilçilik statusunun dəyişməsinin onun fəaliyyətinin daha da aktivləşməsi və genişlənməsinə imkan verəcəyini, eyni zamanda bunun, bank sektorunda rəqabətin güclənməsinə, biznes və əhalinin bank xidmətlərinə çıxışının artmasına, bütövlükdə iki ölkə arasında iqtisadi əlaqələrin zəruri bank xidmətləri ilə daha geniş şəkildə əhatə olunmasına imkan verəcəyini açıqlayıb.

Xatırladaq ki, 1863-cü ildən fəaliyyət göstərən "T.C. Ziraat Bankası" Türkiyənin ən iri bank təşkilatıdır, aktivlərinin həcmi isə 108 mlrd. ABŞ dolları təşkil edir.

Tarix
2014.12.01 / 13:11
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycana qarşı çıxan daha bir Saral - bu dəfə saxtası...

Azərbaycan əleyhinə danışan Şanlı AKP-nin siyahısında...

İran sərhədi bağladı: Türkiyə və Pakistana qarşı addım

Baş Prokurorluğun axtarışa verdiyi Zəkəriyə kimdir?

BMT-də Qarabağdakı vəhşiliklər barədə məlumat verildi

İrandan təsdiq gözləyirik - Overçuk

Bakının axtardığı Kaya İŞİD-çidir? - Cübbəli ifşa etdi

İlham Əliyev: Sülh hələ də kövrəkdir - Video

Azərbaycanın axtarışa verdiyi Fateh Türkiyədən qaçdı

Azərbaycan və BƏƏ-nin HHQ komandanları görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla