Yuxarı

ABŞ illərlə qoruduğu neft yataqlarını niyə açdı? – Təhlil

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Amerika dünyada ən çox neft istehlak edən ölkədir. Çin 2-ci yerdədir. Bir qayda olaraq dünyada neftin qiymətinin dəyişməsi ABŞ iqtisadiyyatına təsir göstərirdi. Belə bir fikir səslənirdi ki, Amerika neft ixrac edən ölkələri öz nəzarətinə almaqla neftin qiymətini düşürmək istəyir. Bunun kökündə isə ən çox neft istehlak edən ölkələr durur".

Bunu Axar.az-a iqtisadçı ekspert Samir Əliyev ABŞ-ın neft yataqlarının təcili istismarını şərh edərkən deyib.

Samir Əliyevin sözlərinə görə, Amerikanın neft yataqlarının olmasına baxmayaraq, istismar nədənsə ötən əsrdə dondurulmuşdu:

"Səbəb də o göstərilirdi ki, gələcəkdə neft qıtlığı yarana bilər. ABŞ daha çox neft idxalı ilə məşğul olurdu. Xüsusilə də Səudiyyə Ərəbistanından. Maraqlıdır, təcili dondurulmuş neft yataqlarının ağzı açıldı və neft istehsal edilməyə başlandı. Birdən-birə nə baş verdi? Xüsusən də 2008-ci ildə qlobal böhran zamanı "Slans" (dənizdən çıxarılan neftdən xüsusi ilə fərqlənərək, fərqli texnologiya ilə süxurdan əldə olunan və maya dəyəri baha başa gələn) nefti istehsal olunmağa başladı. Əvvəllər bu neft istehsal olunanda proqnozlar bədbin idi. Bir müddətdən sonra məlum oldu ki, artıq "Slans"ın maya dəyəri getdikcə düşür. Şirkətlər qiymətin 70-80 dollardan aşağı düşəcəyi təqdirdə buna maraqlı olmayacaqlarını bildirirdilər. Ancaq bu gün "Slans"ın maya dəyəri 50 dollara kimi düşüb. Hətta bəzi yerlərdə daha ucuzdur. Nəticədə "Slans inqilabı" birdən-birə neft istehsalını artırmağa başladı".

Ekspert bildirdi ki, neft istehsalının artması ABŞ-ın neft idxalının azalmasına gətirib çıxarır:

"Hətta yaxın dövrdə Amerikanın neft idxal edən ölkədən neft ixrac edən ölkəyə çevrilməsi proqnozlaşdırılır. Dünyada neft istehlakının dörddə birinə, 25% paya malik olan ABŞ kimi bir bazar daha neft almır, öz tələbatını ödəyir, hətta dünyaya neft ixrac edir. Bu, dünyada neft çoxluğu yaradır və qiymətlərə təsir göstərir. Son zamanlar OPEK neftdə kvotanı azaltmağa risk etmədi. Çünki ABŞ getdikcə bazarı tutur. OPEK isə kvotanı azaltmağa ona görə risk etmədi ki, ABŞ bu hissəni də bazarda tuta bilər. Rusiya bunu OPEK-in qiymətləri bir az da aşağı salmaq istəyi ilə əsaslandırdı. Çünki qiymət 70 dollara düşəndə "Slans"ı çıxartmaq sərf etmir. Guya bu addımla Rusiya ABŞ-ın "Slans inqilabı"nı boğmaq siyasətini güdür. Amma bunun heç bir əsası yoxdur. Çünki texnologiya inkişaf etdikcə "Slans"ın maya dəyəri hər gün aşağı düşür. Təbii ki, bu da bazara ucuz neftin çıxmasına səbəb olur".

Tarix
2014.12.03 / 09:24
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Fransa Azərbaycandakı səfirini geri çağırdı

Rus sülhməramlılar Qarabağı tərk etməyə başladı - Video

XİN rəhbəri Terhi Hakalanı qəbul etdi

Vuçiç Əliyevin dəvətini qəbul etdi

Serbiya prezidenti İlham Əliyevə zəng etdi, dəstək istədi

Azərbaycanın AŞPA-ya qaytarılması barədə qərar qəbul edildi

Köçəryan “siyahı hazırlayaq” dedi - Türkiyənin işinə yarayır

ABŞ və Türkiyə rəsmiləri görüşdü: Bakı-İrəvan əlaqələri...

“Ermənistan Azərbaycana qarşı”: dinləmələr davam edir

Hər şeyi planlı şəkildə edirik ki... - İlham Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla