Yuxarı

Mənsimov Türkiyənin zənginləri siyahısında

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mənsimov Türkiyənin zənginləri siyahısında

Azərbaycanlı iş adamı Mübariz Mənsimov Türkiyənin ən zəngin insanları arasına daxil olub.

Bizimyol.info "Forbes"in "100 ən zəngin türk" siyahısına daxil olan şəxslərin adlarını açıqlayıb.

2014- cü ilin hesablamasına görə, siyahının sonuncu pilləsində iş adamı Murad Varğı yer alıb. Onun sərvəti 1 milyard dollardır. Murad Vargı "MV" holdinqin qurucusu və "KVK" idarə heyətinin sədridir.

24- cü sırada Dəniz Şahenk yer alıb. Şahengin 1 milyard 50 milyon dollar sərvəti var. Dəniz Şahenk vəfat edən "Doğuş Holdinq"in qurucusu Ayxan Şahenkin xanımıdır.

Siyahının növbəti pilləsində Əhməd Çalık qərar tutub. Çalık 1 milyard 100 milyon dollar sərvətin sahibirir. Əhməd Çalık "Çalık Holdinq" idarə heyətinin sədridir.

İş adamı Aydın Doğanın 1 milyard 100 milyon dollar sərvəti var və o "Doğan Holding"in fəxri sədridir.

Suat Günselin 1 milyard 200 milyon dollar sərvəti var. Günsel Yaxın Şərq Universitetinin qurucu və rektorudur.

Azərbaycanlı iş adamı Mübariz Mənsimov siyahının 18- ci pilləsində yer alıb. 2014- cü ilin hesabatına görə, Mübariz Qurbanoğlunun 1.3 milyard dolları var. Azərbaycanlı iş adamı "Palmali Holdinq" idarə heyətinin sədridir.

Mustafa Lətif Topbaş 1 milyard 300 milyon dolların sahibidir. Mustafa Lətif "BİM" İdarə Heyətinin sədridir.

Məşhur iş adamı Əli Ağaoğlunun 1 milyard 550 milyon dolları var. Ağaoğlu, "Ağaoğlu" Şirkətlər Qrupu idarə heyətinin sədridir.

Sinan Tara 1 milyard 600 milyon dolların sahibidir.

Murad Ülkər və Şarık Tara Türkiyənin ən varlılarıdır. Onların 3 milyard 300 milyon dollar sərvəti var.

Tarix
2014.12.04 / 12:44
Müəllif
Axar.az
Digər xəbərlər

Bu, tamamilə aradan qaldırılmalı, ləğv edilməlidir!

ABŞ Konqresinin Azərbaycana qarşı ədalətsiz addımı...

Bu baş versə, ölkəmizdə heç kəs bunu hiss etməyəcək

Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın olan başqa iki dövlət...

Qonşularımızla əlaqələrimiz əladır - İlham Əliyev

Azərbaycan Avropa Şurasından tam çıxmağı nəzərdən keçirir

Şuşa Qlobal Media Forumunun keçirilməsinin məqsədi...

IV Şuşa Qlobal Media Forumu başladı - Canlı

Azərbaycan və 3 ölkə AB-yə müraciət etdi

Ukrayna Trampın sayəsində dağıdır - Putin niyə susur?

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla