Yuxarı

ABB-dən elektron kommersiya portalları üçün yeni xidmət

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Beynəlxalq Bankı ölkəmizdə elektron kommersiya xidmətləri ilə məşğul olan portallar üçün yeni imkan yaradıb. Bankın kartlarından istifadə etməklə bu portallar üzərindən onlayn sifarişləri indi daha tez, rahat və təhlükəsiz şəkildə yerinə yetirmək mümkündür.

Axar.az xəbər verir ki, bu xidmətə qoşulan portalların daimi istifadəçiləri öz kart məlumatlarını sistemə daxil edir və yaddaşda saxlayır. Ondan sonra hər dəfə onlayn sifarişlər zamanı ödənişi əlavə vaxt sərf etmədən, cəmi bircə toxunuşla yerinə yetirmək mümkün olur.

Kart hesablarının təhlükəsizliyi beynəlxalq ödəniş sistemlərinin müəyyən etdiyi tələb və standartlar səviyyəsində qorunur. Hər ödəniş zamanı müştərinin mobil telefonuna 3D təhlükəsizlik kodu göndərilir. Əməliyyat yalnız kod daxil edildikdən sonra başa çatdırılır. Bu da kart hesablarını hər hansı arzuolunmaz hallardan tam sığortalayır.

Azərbaycan Beynəlxalq Bankının yaratdığı bu xidmətə ilk olaraq iticket.az portalı qoşulub. Bu xidmət digər potensial tərəfdaşlar üçün də açıqdır. Belə ki, ölkədə elektron xidmətlər göstərən istənilən təsərrüfat subyekti Azərbaycan Beynəlxalq Bankının təqdim etdiyi bu imkandan yararlana bilər. Ölkəmizdə elektron kommersiya fəaliyyəti göstərən bütün təsərrüfat subyektləri bu sistemə qoşulmaqla öz elektron ticarət portallarını daha da inkişaf etdirə bilər.

Azərbaycan Beynəlxalq Bankı ölkəmizdə ən böyük ATM şəbəkəsinə malik olan və ən çox sayda beynəlxalq ödəniş sistemləri ilə əməkdaşlıq edən Azərbaycan bankıdır. Bankın müxtəlif çeşiddə plastik kartlarını bu linkdən onlayn sifariş vermək mümkündür: https://www.ibar.az/az/individual/plastic-cards/

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 36 filial və 40 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Feysbuk səhifəsindən əldə etmək olar.

Tarix
2019.04.19 / 13:27
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla