Yuxarı

Rus neftindən imtina edilir: səbəb keyfiyyətdir, yoxsa?..

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya nefti ilə bağlı narazılıqlar məhsulun tərkibindəki kükürdün miqdarı ilə bağlıdır.

Bu sözləri Axar.az-a açıqlamasında Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban Belarus və Polşanın Rusiya neftindən imtina etməsinə münasibət bildirərkən deyib. O, Rusiya neftinin keyfiyyətinin aşağı olması ilə bağlı səsləndirilən fikirlərin ölkələr arasındakı gərgin münasibətdən qaynaqlandığını bildirib:

“Rusiyanın müxtəlif yataqlarından çıxan neftin tərkibi xeyli fərqlənir. Buna görə də Rusiyadan müxtəlif ölkələrə göndərilən neftin keyfiyyəti də fərqlidir. Amma Rusiya ilə Belarusun konflikti, fikrimcə, Belarusun bu ölkədən ucuz qiymətə neft alması ilə əlaqədardır. Çünki Belarus nefti Rusiyadan dünya qiymətinə almır. Onların arasında uzun müddət davam edən konflikt də ondan ibarətdir ki, Belarusun çox yaxşı neftayırma müəssisələri var və ümumilikdə 22 milyon ton neft emal etmək potensialına sahibdir. Belarusda “Avro 5” standartına keçid Rusiyadan əvvəl, hələ 2014-cü ildə baş verib. Buna görə Rusiyadan xammalı ucuz alır və keyfiyyətli yanacaq istehsal etmək istəyir. Hesab edirəm ki, iki ölkə arasındakı gərginlikdən sonra Rusiya Belarus neftayırma zavodlarına aşağı keyfiyyətli, daha doğrusu, kükürdün miqdarı yüksək olan neft göndərməyə başlayıb. Kükürdün miqdarını azaltmaq üçün emal zamanı əlavə xərc tələb olunur. Rusiya müqavilə üzrə ucuz satdığı neftin “əvəzini” bu cür “kompensasiya” edir. Belarus isə razılaşmır”.

Politoq bildirib ki, Rusiya aralarındakı problem davam edəcəyi halda Belarusa daxili bazarda neft və qaz problemi ilə üzləşə biləcəyini çatdırmaq istəyir:

“Rusiyanın enerjidən silah kimi istifadə etməsi hamıya bəllidir. Yəni onunla dost olmayan ölkələrə satdığı neft və qazın qiymətini artırır”.

Ekspertin sözlərinə görə, bütün narazılıqlara baxmayaraq, hazırda Rusiya neftinə tələbat çoxdur:

“Məsələ burasındadır ki, rus neftindən imtina həmin ölkələrin büdcəsinə zərər vurur. Nefti qonşudan almaqla, məsələn, Afrikadan almağın böyük fərqi var. Ona görə də Rusiya neftinin keyfiyyətinin aşağı olması səbəbindən alışının dayandırılması təbliğat xarakteri daşıyır. Ümumilikdə götürəndə, “Ural” markalı neft “Brend” markalı neftdən 1.5-2 dollar civarında aşağı satılırdısa, 2019-cu ildə artıq bu fərq bir dollara qədər, bəzi hallarda 90 sentə qədər azalıb. Bu da Rusiyanın neftinə olan tələbatla bağlıdır. Hazırda bazarda Rusiya neftinin qiyməti artır”.

Qeyd edək ki, bundan öncə Belarus və Polşa Rusiya neftinin keyfiyyətinin aşağı olmasını əsas gətirərək, bu ölkədən neft alışını dayandırmağa qərar verib.

Tarix
2019.04.26 / 08:30
Müəllif
Büllurə Yunus
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla