Yuxarı

Son qərar: Avropa Azərbaycanı seçdi

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Son qərar: Avropa Azərbaycanı seçdi

Avropa İttifaqı Rusiyanı "Cənub axını"nı bərpa etməsi üçün razı salmağa çalışmayacaq.

Axar.az xəbər verir ki, bu açıqlama ilə Avropa Birliyinin Energetika üzrə komissarı Maro Şefçoviç çıxış edib.

O, Avropanın "Cənub axını"nın yerinə "Cənub qaz dəhlizi" layihəsi istiqamətində bütün diqqətini toplamaq niyyətində olduğunu bildirib:

"Avropa yeni prioritet layihə seçib. Bu, Avropa Birliyinə Xəzər dənizindən gələcək "Cənub qaz dəhlizi"dir. Layihə çərçivəsində Avropaya ilk qaz 2019-cu ildə çatmalıdır. "Cənub axını" heç vaxt Avrokomissiya üçün prioritet olmayıb. Brüssel hər zaman "Qazprom"dan asılılığı azaltmaq üçün alternativ variantlar axtarıb. Biz artıq Azərbaycan və Türkiyədən layihənin reallaşması üçün dəstək almışıq. Həmçinin Türkmənistanın qazını daşıya biləcək Transxəzər qaz kəməri layihəsinə nəzər yetiririk".

Qeyd edək ki, Cənubi qaz dəhlizi özündə bir neçə qaz kəmərini birləşdirir. Əvvəllər bu layihənin tərkibinə demək olar ki, iflasa uğramış Nabucco proyekti də daxil edilmişdi. Proyektin reallaşmasından sonra Azərbaycan qazı Bakı-Tiflis-Ərzurum kəməri vasitəsilə Türkiyəyə, oradan isə Transanadolu və Transadriatik qaz kəmərləri vasitəsilə Yunanıstan, Albaniya, İtaliya və Qərbi Avropaya çıxarılacaq.

Tarix
2014.12.10 / 11:32
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür

Özgür Özəlin İlham Əliyevə zəngində qeyri-adi nə var?

Bakının həmmüəllifi olduğu hesabat COP31-də təqdim olundu

Murad Əliyevi İstanbulda niyə döydülər? - Video

Mehriban Əliyeva Hacıqabuldan paylaşım etdi - Video

Ərdoğan niyə Koreyadan dərhal sonra Şuşaya gəldi?

İrəvan-Bakı münasibətlərinin normallaşması... - Şoyqu

İrəvan TRİPP-lə bağlı bu məsələlərə təminat verdi – Bəqai

Özgür Özəl İlham Əliyevə zəng etdi

Tehranın riyakarlığı: dostluq bəyanatları, ikili standartlar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla