Yuxarı

Fitch Agentliyi ABB-nin reytinqlərinə yenidən baxdı

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fitch Beynəlxalq Reytinq Agentliyi Azərbaycan Beynəlxalq Bankının reytinqlərinə yenidən baxıb. Bankın uzunmüddətli defolt reytinqi (IDR) Sabit proqnozdan Pozitiv proqnoza dəyişdirilməklə “B-” səviyyəsində təsdiqlənib.

Fitch hesab edir ki, növbəti 12 ay ərzində Azərbaycan Beynəlxalq Bankının kredit profili daha da yaxşılaşacaq. Agentliyin rəyinə görə, bankın uzun və qısamüddətli IDR reytinqləri, həmçinin dayanıqlılıq reytinqi bankın aktivlərinin aşağı risk səviyyəsində olmasını, yüksək likvidliyini və gəlirliliyinin artmasını əks etdirir.

Açıqlamada o da göstərilir ki, 2018-ci ilin nəticələrinə görə bankın kredit portfeli 9% artmışdır. Agentlik ekspertlərinin fikrincə, yeni Strateji Planı üzərində işi başa çatdırıldıqdan sonra bankın kredit portfelinin artımı daha sürətlə davam edə bilər.

Eyni zamanda, bankın aktivlərinin keyfiyyətinin əhəmiyyətli dərəcədə yaxşılaşması, aşağı maliyyələşmə xərcləri, xərclərin optimallaşdırılması, mənfəətlilik mövqeyinin bərpası bankın kapital göstəricilərini daha da yüksəltmişdir. Beləliklə, Bankın əsas kapitalı Fitch agentliyinin müvafiq metodologiyasına əsasən (Fitch Core Capital) 37% təşkil edib.

Fitch ekspertlərinin təhlillərinə görə, Azərbaycan Beynəlxalq Bankının açıq valyuta mövqeyinin bağlanması halında bankın müvafiq reytinqləri yenidən yüksəldilə bilər.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 35 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Feysbuk səhifəsindən əldə etmək olar.

Tarix
2019.05.25 / 11:06
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ermənistan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla