Yuxarı

Azərbaycan bu il qaz ixracını artırıb

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan bu il qaz ixracını artırıb

Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycandan gömrük bəyannamələri əsasında 22,219 mln. ton xam neft ixrac edilib ki, bu da ötən ilin müvafiq dövründən 2,6% azdır.

Report xəbər verir ki, ixrac edilən xam neftin ümumi dəyəri 17,579 mlrd. ABŞ dolları olub ki, bu da ötən ilin eyni dövründən 5,4% azdır.

Hesabat dövründə ölkədən xaricə gömrük bəyannamələri üzrə 1,885 mln. ton neft məhsulları ixrac edilib, bu da öz növbəsində 2013-cü ilin eyni dövrü ilə müqayisədə 26,8% çoxdur. Xaricə satılan neft məhsullarının ümumi dəyəri illik müqayisədə 15,4% artaraq 1,267 mlrd. dollara çatıb.

Qeyd edilən dövr ərzində ixrac olunan təbii qazın həcmi ötən ildəkinə nisbətən 44,9% azalaraq 1,531 mlrd. kubmetr olub. Bununla bərabər, qazın qiymətində 60,4% və ya 2,5 dəfə azalma qeydə alınıb.

Cari ilin ilk 11 ayında xaricə satılan elektrik enerjisində də azalma müşahidə edilib. Belə ki, 2013-cü ilin eyni dövrü ilə müqayisədə Azərbaycan elektrik enerjisi ixracını 7,2% - 544,599 mln. kVt/saata qədər azaıdıb. Satılan elektrik enerjisinin dəyəri isə bu ilin 11 ayında 17,3% artıb və 28,520 mln. dollar təşkil edib.

Tarix
2014.12.16 / 13:03
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyə Cümhuriyyətinin qurulmasından 103 il ötür

Azərbaycanı tənqid edənlər başlarını divara vursunlar - Paşinyan

İlham Əliyev İspaniyaya başsağlığı verdi

Döyüş komandanlığında NATO heyəti ilə görüş

İsraildə yeni hökumət qurulur: Daha aqressiv olacaq?

Bu rayonların icra hakimiyyətlərində həbslər başlayır?

Azərbaycanın sanksiya siyahısı yeniləndi

Bratislavadan Bakıya ilk aviareys yola düşdü

Azərbaycan İspaniyaya başsağlığı verdi

İcbari tibbi sığorta ödənişi ilə bağlı dəyişiklik

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla