Yuxarı

İqtisadiyyat Nazirliyi “Bakcell”i mükafatlandırdı

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi “Bakcell” şirkəti Korporativ Sosial Məsuliyyət (KSM) sahəsində daha bir mükafata layiq görülüb.

Axar.az xəbər verir ki, iyunun 4-də Bakıda İqtisadiyyat Nazirliyi, Kiçik və Orta Biznesin İnkişaf Agentliyi (KOBİA) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) birgə təşkilatçılığı ilə keçirilən "Dövlət sahibkarın ən yaxşı tərəfdaşıdır" adlı konfransda “Bakcell” “Korporativ Sosial Məsuliyyət” nominasiyası üzrə mükafatlandırılıb. Mükafat İqtisadiyyat naziri Şahin Mustafayev tərəfindən “Bakcell” şirkətinin rəhbərinə təqdim olunub.

Xatırladaq ki, bu ilin əvvəlində Bakcell şirkəti “Milli KSM Mükafatı 2018″ mükafatının qalibi olub. ASK, Azərbaycan Gənclər Fondu və Proaktiv şirkətinin təşkil etdiyi tədbirdə “Bakcell”in SOS Uşaq Kəndləri - Azərbaycan Assosiasiyası ilə birgə həyata keçirdiyi “Öz biznesinə başla və təkmilləşdir” layihəsi “Gənc sahibkarlara dəstək üzrə ilin layihəsi” nominasiyasında ən uğurlu KSM layihəsi elan edilib.

“Bakcell” artıq 10 ildir ki, ölkənin ən genişmiqyaslı Korporativ Sosial Məsuliyyət (KSM) proqramlardan biri olan “Bakcell Stars” proqramını həyata keçirir. “Bakcell Stars”ın əsas istiqamətlərindən biri xüsusi qayğıya ehtiyacı olan, valideyn himayəsindən məhrum olmuş və aztəminatlı ailələrdən olan uşaq və gənclər üçün imkanlar yaratmaq, onların cəmiyyətə inteqrasiyasının dəstəkləmək, təhsil və iş imkanları ilə təmin etməkdir.

Tarix
2019.06.10 / 13:29
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Sülhməramlılar Goran stansiyasında cəmləşdi - Foto

Bakı və İrəvan arasında razılaşma... – Almaniya XİN

Rəsmi Ankaradan kəndlərimizin qaytarılmasına - Reaksiya

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla