Yuxarı

Büdcəmiz gələn il üçün nə qədər artdı? – Müqayisə

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Prezidenti İlham Əliyev 2015-ci il üçün yaşayış minimumu haqqında Qanunu təsdiqləyib.

Axar.az xəbər verir ki, qanunda əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumu ölkə üzrə 131 manat, əmək qabiliyyətli əhali üçün 140 manat, pensiyaçılar üçün 108 manat, uşaqlar üçün 108 manat məbləğində müəyyən edilib.

Bu Qanun 2015-ci il yanvarın 1-dən qüvvəyə minir.

Ötən il isə 2014-cü ildə yaşayış minimumu ölkə üzrə 125 manat, ünvanlı dövlət sosial yardımın təyin edilməsi məqsədilə ehtiyac meyarı 100 manat məbləğində təsdiqlənmişdi.

Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsinin gəlirləri 19 438 000,0 min manat, xərcləri 21 100 000,0 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 18 603 462,0 min manat, yerli gəlirləri 834 538,0 min manat, mərkəzləşdirilmiş xərcləri 19 446 050,0 min manat, yerli xərcləri 1 653 950,0 min manat) məbləğində təsdiq edilib.

2014-ci ildə Azərbaycanın dövlət büdcəsinin gəlirləri 18 milyard 384 milyon manat, xərcləri isə 20 milyard 63 milyon manat proqnozlaşdırılmaqla təsdiqlənmişdi.

Azərbaycan Prezidenti İlham Əliyev 2015-ci il üçün ehtiyac meyarının həddi haqqında qanunu da təsdiqləyib.

Qanunda ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2015-ci il üçün ehtiyac meyarının həddi 105 manat məbləğində təsdiq edilib.

Tarix
2014.12.23 / 08:40
Müəllif
Şəmsəddin Ənsar
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla