Yuxarı

Beynəlxalq Bankın kreditlərində xüsusi güzəştlər

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Beynəlxalq Bankın kreditlərində xüsusi güzəştlər

Müştərilərin daha sərfəli və rahat şərtlərlə kredit istəyini nəzərə alan Azərbaycan Beynəlxalq Bankı yay fəslinin başlanğıcında yeni kampaniya elan edib.

Axar.az xəbər verir ki, “Belə krediti götürərlər!” devizi ilə keçirilən kampaniya çərçivəsində bankın əməkhaqqı və pensiya kartına sahib hər kəs nağd pul kreditini indi bankdan cəmi 18%-dən başlanan illik faiz dərəcəsi ilə və 15.000 manatadək zaminsiz ala bilər. Azərbaycan Beynəlxalq Bankından ilk dəfə kredit alan müştərilərə isə bank xüsusi güzəştlər nəzərdə tutur. İllik faizlərin aşağı olmasından əlavə, kreditin həm də uzun müddətə verilməsi müştərilərin aylıq ödəniş məbləğlərinin azalmasına və aylıq borcların heç bir çətinlik çəkmədən ödənilməsinə şərait yaradır.

Kampaniyanın özəllikləri:

• Kreditin məbləği - 20.000 manatadək

• Kreditin müddəti - 60 ayadək

• İllik faiz dərəcəsi - 18%-dən başlayaraq

• Kredit 15000 manata qədər olduqda - ZAMİNSİZ

Kampaniya 30 avqust tarixinə qədər davam edəcək.

Müxtəlif ehtiyacların qarşılanması üçün nəzərdə tutulmuş nağd pul kreditini Azərbaycan Beynəlxalq Bankının bütün filiallarından almaq mümkündür. Bunun üçün sadəcə şəxsiyyət vəsiqəsi və əməkhaqqı kartı ilə bankın filiallarına yaxınlaşmaq kifayətdir. Əməkhaqqı kartının son 8 rəqəmini 8937 nömrəsinə göndərməklə də bankdan nağd pul kreditini sifariş vermək olar. Bundan başqa, bankın İBAm mobil əlavəsi, yaxud Azərbaycan Beynəlxalq Bankının “28 Mall” və “Gənclik Mall” alış-veriş mərkəzlərindəki stendlərində də kredit sifarişi vermək mümkündür. Müştəri kampaniya barədə ətraflı məlumat üçün 937 nömrəli Məlumat Mərkəzinə zəng etməlidir.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 35 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Feysbuk səhifəsindən əldə etmək olar.

Tarix
2019.06.27 / 16:27
Müəllif
Axar.az
Digər xəbərlər

Kamboca baş naziri Azərbaycana gəldi

Məktəblərdə geyim qaydaları... - QHT Forumu çağırış etdi

Uşaqlarını hicaba məcbur edən valideynlər... - Xalq şairi

Trampın Zelenski barədə bu sözləri... - Putinin nümayəndəsi

Trampın sərt açıqlaması: Zelenski dərhal onunla danışdı

Gəncədəki dördüncü terrordan altı il ötür

Kadırov Bakıya niyə gəldi? - Səbəblər

Qarabağ Universitetinin müəllimi hakim təyin olundu

Ərəbistan-İordaniya layihəsi Türkiyəyə qədər uzanacaq?

Prezidentə “Sizi çox istəyirəm” deyən uşaq kimin oğludur?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla