Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
14 Noyabr 2019


İşçi nə qədər məzuniyyət pulu almalıdır? - Açıqlama

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı onun hansı iş ili üçün verilməsindən asılı olmayaraq məzuniyyətin verildiyi aydan əvvəlki 12 təqvim ayının orta əmək haqqına əsasən müəyyən edilir. Hər bir işçinin qanunvericiliklə nəzərdə tutulmuş əmək məzuniyyətinə çıxmaq hüququ var. Əmək məzuniyyəti nədir? Hansı müddətə və kimə verilir?

Qaynarinfo.az-a açıqlama verən hüquqşünas Əkrəm Həsənovun sözlərinə görə, qanunvericilik bütün işçilərə, onların iş yeri və orta aylıq əmək haqları saxlanılmaqla illik məzuniyyətlər verilməsini nəzərdə tutur:

"Əmək Məcəlləsinin 110-146-cı maddələri sırf məzuniyyət hüququ ilə bağlıdır. Məzuniyyət hüququnun 4 növü var: 1) əmək məzuniyyəti; 2) sosial məzuniyyət; 3) təhsilini davam etdirmək və elmi yaradıcılıqla məşğul olmaq üçün verilən təhsil və yaradıcılıq məzuniyyəti; 4) ödənişsiz məzuniyyət".

Ekspert vurğulayıb ki, məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması qaydası və ödənilməsi, Əmək Məcəlləsinin 140-cı maddəsi ilə müəyyən edilir, bayram günləri məzuniyyət günlərinə əlavə edilmir:

"Məzuniyyət günlərinin əmək haqqını müəyyən etməkdən ötrü məzuniyyətdən əvvəlki 12 təqvim ayının əmək haqqının cəmlənmiş məbləğini 12-yə bölməklə orta aylıq əmək haqqının məbləği tapılır və alınan məbləği ayın təqvim günlərinin orta illik miqdarına - 30,4-ə bölmək yolu ilə bir günlük əmək haqqının məbləği müəyyən edilir. Bu qayda ilə müəyyən edilmiş bir günlük əmək haqqının məbləği, məzuniyyətin müddətinin təqvim günlərinin sayına vurulur".

Tarix
2019.07.22 / 17:11
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ruhanidən şok etiraf: İran çökür - Xilas varmı?

Türkiyədə 3, bizdə 20 faiz: banklar can alır... – Açıqlama

Azərbaycan-BƏƏ IV ticarət məclisi keçirildi

Mikayıl Cabbarov MM-də ilk çıxışını etdi

Nazir gələn ilin büdcə xərclərini açıqladı

Kapital Bank növbəti beynəlxalq Kənd Təsərrüfatı Forumunda

Qeyri-neft sektorunun büdcə payı nə qədər artacaq?

Nazirdən sahibkarlara şad xəbər: 4 il ərzində...

Dünya borcu rekord həddə çatdı - 188 trilyon dollar

Neft bahalaşdı

KULT
<>
Xəbər xətti
 
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla