Yuxarı

Azərbaycan, İran və Rusiya nazirləri Soçidə görüşəcək

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan və İran arasında ticarət dövriyyəsi son 6 ayda ötən ilin müvafiq dövrü ilə müqayisədə 2.2 dəfə artıb.

APA-nın məlumatına görə, bunu İranın İqtisadi işlər və Maliyyə naziri Fərhad Dejpəsənd bu gün azərbaycanlı həmkarı Şahin Mustafayevlə görüşdən sonra deyib.

İki ölkə arasındakı əlaqələrin inkişaf etdiyini deyən F.Dejpəsən bildirib ki, İran və Azərbaycan müxtəlif sahələrdə əməkdaşlıq edir:

“Həm dövlət, həm özəl sektorda müştərək investisiya layihələri, xüsusi ilə dəmir yolu layihələri həyata keçirilir. Azərbaycanda fəaliyyət göstərən İran şirkətlərinin sayı artıb. İki ölkənin enerji, bank və gömrük sahəsində əməkdaşlığı davam edir”.

İranlı nazir bildirib ki, Soçidə Azərbaycan, Rusiya və İranın iqtisadiyyat nazirləri görüşəcək.

“Bu ilin payızında azərbaycanlı həmkarımla növbəti görüşümüz olacaq. Həmin görüşdə müştərək avtomobil, dərman istehsalı, kənd təsərrüfatı və təhsil sahəsində əməkdaşlıqla bağlı müzakirələrimiz olacaq”, - deyə o əlavə edib.

Tarix
2019.08.03 / 17:27
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla