Yuxarı

Birjalarda neftin kəskin ucuzlaşması... - İqtisadçı

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-Çin ticarət qarşıdurması birjalarda neftin kəskin ucuzlaşması ilə müşayiət olunur.

Axar.az xəbər verir ki, bu sözləri iqtisadçı Rövşən Ağayev deyib. O bildirib ki, Beynəlxalq Energetika Agentliyinin neft bazarı ilə bağlı verdiyi yeni proqnozlar diqqət çəkir:

“Agentlik qeyd edir ki, ilin başlanğıcında 2019-cu il ərzində neftə gündəlik tələbin 1.560 milyon barrel artacağı proqnozu özünü doğrultmadı. Cəmi 1 milyon barrel artım oldu (proqnozdan 560 min barrel az). Əvəzində təklif daha sürətlə artır - OPEK-ə üzv olmayan ölkələrin hesabına bazara daxil olan gündəlik əlavə təklif yaxın zamanlara 2.8 milyon barrelə çatacaq. Agentliyin ekspertləri əmindir ki, OPEK+ təklifi azaltmaq istiqamətində səyləri ilə qeyri-OPEK hesabına təklifin artımına əhəmiyyətli təsir göstərə bilməyəcək”.

İqtisadçı deyib ki, ABŞ-Çin ticarət müharibəsində olduğu bir vaxtda Yaponiya-Cənubi Koreya arasında ticarət savaşını daha da alovlandıracaq addımlar atılır:

“Səbəb Yaponiyanın Cənubi Koreyanı "etibarlı ticarət tərəfdaşları" siyahısından çıxarmasıdır. Bu siyahıda olmağın üstünlüyü odur ki, Yaponiyadan ixrac zamanı hər hansı əlavə bürokratik prosedurlara ehtiyac olmur.

Atılan addım nəticəsində iyulda Yaponiyanın C.Koreyaya pivə ixracı 45 faiz, avtomobil ixracı isə 17 faiz azalıb.

Dünya mediasının yazdığına görə, münasibətlərin kəskinəşməsindən ən böyük zərbəni Samsunq Elektronik, SK Hynix Inc və LG Displey kimi nəhənglər də ala bilər. Çünki displeylərin və yarımkeçiricilərin istehsalı üçün bir sıra mühüm materiallar (məsələn, hidrogen flüorid, polimid və s.) məhz Yaponiyadan gətirilir”.

Rövşən Ağayev iki ölkə arasında münasibətlərin kəskinləşməsinə səbəbin C.Koreyanın Yaponiyadan kompensasiya tələb etməsinin olduğunu bildirib:

“Pul tələbi 1910-1945-ci illərdə Yaponiya müstəmləkəsi dövründə vətəndaşları ağır və alçaldıcı əməyə cəlb etməsinə görədir. Yaponiya tərəfi isə iddia edir ki, 1965-ci ildə bağlanmış sazişlə bu məsələ üçün 500 milyon dollar artıq ödənib.

Dünya iqtisadiyyatı çox mürəkkəb və qeyri-müəyyən mərhələni yaşayır. Ümumiyyətlə, böyüklər vuruşanda həmişə kiçiklər əziyyət çəkir”.

Tarix
2019.08.07 / 22:28
Müəllif
Mahir Ələkbərov
Şərhlər
Digər xəbərlər

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla