Yuxarı

Azərbaycan bu ölkələrə şərab satacaq

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan bu ölkələrə şərab satacaq

Şəki şərab zavodu məhsulların İspaniyaya tədarük olunması barədə müqavilə imzalayıb.

Bunu Trend-ə müəssisənin direktoru Vidadi Həsənov deyib.

Onun sözlərinə görə, söhbət aylıq 200 min butulka şərabın Barselonaya tədarükündən gedir: "İlkin tədarük yaxın aylarda başlayacaq. Əvvəlcə biz 18 min butulka göndərməyi planlaşdırırıq. Daha sonra tədarük aylıq 200 min butulkayadək çatıdırılacaq".

Direktor əlavə edib ki, zavod, həmçinin Rusiyadan tədarük üçün sifarişlər alıb:

"Biz yaxın aylarda Rusiyaya ixracı başlamaq niyyətindəyik. Paralel olaraq, biz Belarusdan olan tərəfdaşlarla danışıqlar aparırıq. İlin sonunadək bu bazara da ixrac nəzərdə tutulur".

V.Həsənov qeyd edib ki, üzüm yığımı mövsümünün yekunlarına əsasən, müəssisə 2 min tonadək üzüm əldə etməyi və bu məhsuldan 130 min dekalitrədək şərab istehsal etməyi planlaşdırır.

Tarix
2019.09.08 / 15:26
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistana etiraz: Bu, bəşəri dəyərlərə hörmətsizlikdir

Leyla Əliyeva Antalyada Azərbaycan pavilyonunda - Foto

Qalstukundakı simvolla mesaj verdi: mənası bu imiş - Foto

Ərdoğan Paşinyanı "Sənə də qalmaz"la qarşıladı - Video

QMİ-dən İrəvandakı Göy məscidlə bağlı etiraz

Nazir Polşa səfirliyində: Başsağlığı verdi - Video

Əl-Əqsa və Göy Məscid: İranın siyasətinin əsl mahiyyəti

İlham Əliyev Türkiyə səfərindən video paylaşdı

İlham Əliyevin Türkiyəyə səfəri başa çatdı

İlham Əliyev və ailəsi COP31 Sammitində... - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla