Yuxarı

Azərbaycan Ukraynaya nə qədər yatırım edib?

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın SOCAR şirkəti Ukrayna iqtisadiyyatına 200 milyon dollardan çox sərmayə yatırıb.

Report xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər nazirinin müavini Xələf Xələfov Ukraynanın Müstəqillik Günü münasibətilə keçirilən qəbulda deyib.

“Azərbaycan və Ukrayna bütün sahələrdə, o cümlədən iqtisadiyyat sahəsində münasibətləri inkişaf etdirir. Son illərdə SOCAR Ukrayna iqtisadiyyatına 200 milyon ABŞ dollarından çox sərmayə yatırıb. Cari ilin ilk 8 ayı ərzində Ukraynanın xam neft idxalının 92% -i Azərbaycanın payına düşüb", - deyə nazir müavini bildirib.

Onun sözlərinə görə, bu gün iki ölkə arasında strateji tərəfdaşlıq səviyyəsinə yüksələn uzunmüddətli möhkəm əlaqələr yaranıb. X.Xələfov, həmçinin Ukraynadakı Azərbaycan diasporunun ikitərəfli əlaqələrin möhkəmlənməsinə və dərinləşməsinə töhfə verən yüksək rolunu qeyd edib.

Azərbaycanlı diplomat hər iki ölkənin müxtəlif beynəlxalq platformalarda, məsələn, GUAM, BMT, AŞPA, QDİƏT və s. kimi sahələrdə, o cümlədən ərazi bütövlüyünün və suverenliyinin tanınması məsələsində vahid mövqelərdən çıxış edərək daim qarşılıqlı fəaliyyət göstərdiyini diqqətə çatdırıb.

Tarix
2019.09.13 / 01:40
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla