Yuxarı

Nazir “Əsrin müqaviləsi”ndən danışdı: 143 milyard gəlir...

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nazir “Əsrin müqaviləsi”ndən danışdı: 143 milyard gəlir...

“Əsrin müqaviləsi”nin imzalanmsı yalnız Heydər Əliyevin qətiyyəti, dövlətçilik təcrübəsi sayəsində baş verdi. Bu müqavilə Azərbaycanın iqtisai-sosial həyatına öz töhfəsini verdi, ölkənin beynəlxalq aləmdə rolunu möhkəmləndirdi. İlk dəfə Xəzər hövzəsinin təbii ehtiyatlarını beynəlxalq aləmə təqdim etdi. Amma ən başlıcası odur ki, ulu öndər “Əsrin müqaviləsi” vasitəsilə Azərbaycanın müstəqilliyini möhkəmləndirdi. 25 il sonra bu müqavilə ilə bağlı Heydər Əliyevin bütün ümidləri özünü doğrultdu.

Axar.az xəbər verir ki, bunu Energetika naziri Pərviz Şahbazov Yeni Azərbaycan Partiyasının qərargahında keçirilən mətbuat konfrasında deyib.

Nazir 25 il bundan öncə Azərbaycan tarixində çox əlamətdar hadisə baş verdiyini xatırladıb və layihənin həyata keçirilməsi barədə bəzi faktları açıqlayıb:

“Azəri-Çıraq-Günəşli yatağına həmin dövrdə 30 il üçün 36 milyard ABŞ dolları məbləğində sərmayə qoyuldu. Azərbaycan Prezidentinin uzaqgörən neft-qaz siyasəti nəticəsində bu müqavilə 2017-ci ildə daha 32 il müddətinə uzadıldı. Müqaviləyə əsasən, daha 40 milyard dollar investisiya qoyulacaq. İndiyədək “Əsrin müqaviləsi” ölkəmizə 143 milyard dollardan çox gəlir gətirib. Bu müddət ərzində 492 milyard kubmetr qaz hasil edilib. Ümumilikdə Azərbaycanın neft-qaz sənayesinə orta hesabla 101 milyard dollar investisiya qoyulub”.

Nazir bildirib ki, ən azı 62 illik dövrü əhatə edəcək “Əsrin müqaviləsi”nin unikallığı onun effektivliyində, uzun illər üçün nəzərdə tutulmasındadır.

Tarix
2019.09.19 / 12:39
Müəllif
Axar.az
Digər xəbərlər

İsrail “soyqırım” səsverməsini Bakının təzyiqi ilə dayandırıb

Rusiyaya cavab: 3 baza, 3 tanker... - Zelenski elan etdi

Rusiya Kiyevdəki Azərbaycan səfirliyini vurdu - Foto

Həlak olan hərbçimizlə bağlı yayılan video…

Naxçıvanın keçmiş rəhbərindən şok: Parlamentdə şortla...

Xəzər geri çəkilir: Azərbaycanı gözləyən 10 böyük təhlükə

Şövkət Mirziyayev Mikayıl Cabbarovu qəbul etdi

Mustafayevlə Overçuk sentyabrda görüşəcək

Vətən müharibəsi yeni reallıqlar yaradıb - Bayramov

Azərbaycan və Rusiya arasında sənəd imzalandı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla