Yuxarı

Dünyanı silkələyəcək böhran gəlir – Professordan SOS

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dünyanı silkələyəcək böhran gəlir – Professordan SOS

Bu gün dünya borcu bütün ölkələrin ümumi daxili məhsulundan üç dəfə yüksək olan rekord səviyyəyə - 243 trilyon dollara çatıb ki, bu da dünyada istehsal olunan bütün mal və xidmətlərin qiymətindən üçqat artıq deməkdir.

Axar.az xəbər verir ki, bunu sabiq maliyyə naziri, professor Fikrət Yusifov qeyd edib. O, qlobal miqyasda yaranmış borc böhranının mənfi təsirlərindən bəhs edib:

“Bu qədər borc qlobal iqtisadiyyatın altına yerləşdirilmiş və istənilən vaxt partlayıb onu tarixdə indiyə qədər görünməmiş bir şəkildə çökdürmək gücündə olan qorxulu bir bombadır.

Beynəlxalq maliyyə institutlarının məlumatına görə, 2018-ci ildə beynəlxalq borc artımı 3,3 trilyon dollar təşkil edib. Ümumi həcmi 243 trilyon dollar qlobal borca hökumətlərin 65 trilyon dollar dövlət borcu daxildir ki, bu da 2009-cu il böhranı dövründə bütün dövlətlərin mövcud olmuş dövlət borclarından 1,5 dəfə çoxdur.

Dünya iqtisadiyyatını və maliyyə sistemini əsaslı şəkildə silkələyən son böhran Avstraliya, Yaponiya və Fransa kimi inkişaf etmiş ölkələrdə borcun həcmini ÜDM nisbətində 400%-ə qədər artıra bildi.

Mütəxəssislərin fikrincə, bu qədər nəhəng qlobal borc Qərb ölkələrinin mərkəzi banklarının məsuliyyətsizliyinin, pul kütləsinin nəzarətsiz artırılmasının və böyük həcmlərdə kreditlərin verilməsinin nəticəsidir.

Fiziki şəxslərə, müəssisələrə və hətta hökumətlərə verilən kreditlər iqtisadiyyatın inkişafına xidmət etməlidir. Lakin təəssüf ki, bu gün dünya iqtisadiyyatının borclanmanın səviyyəsinə uyğun böyüməsi baş vermir və buna baxmayaraq, borclanma sürətlə artmaqda davam edir. Bu mənada, mərkəzi bankların davranışı gələcək üçün heç bir narahatlıq keçirməyən narkomanların “doza” axtarışı ilə müqaisə edilə bilər”.

Ekspertin sözlərinə görə, vəziyyəti real dəyərləndirərək, indidən qlobal iqtisadi böhranın dağıdıcı gücünün hansı səviyyədə ola biləcəyinin fərqində olmaq lazımdır:

“Dünyanı silkələyə biləcək qlobal iqtisadi böhran heç də uzaqda deyil. Unutmaq olmaz ki, bu böhranın ən ciddi təsirləri iqtisadiyyatı neftdən asılı olan ölkələrə olacaq. Çünki böhran 2014/2015-ci illərdə olduğu kimi neftə təlabatın ciddi şəkildə azalması və deməli, neftin qiymətlərinin kəskin aşağı düşməsi ilə müşahidə olunacaq”.

Tarix
2019.10.03 / 12:34
Müəllif
Büllurə Yunus
Digər xəbərlər

Azərbaycan onu Hindistana təhvil verdi

Bakı və Daşkənd arasında mühüm görüş

Prokurorluğun sorğusu əsasında konstitusiya işinə baxıldı

Erməni qadın: Qarabağ nə vaxt bizim olub ki? - Video

Fransanın bu etirazları zorakılıqla yatırmasından 2 il ötür

Bakı neftinin Yaponiyaya ixracı əlavə imkanlar aça bilər

Peter Pelleqrini Azərbaycana bu tarixdə gələcək

300 min azərbaycanlı Ermənistana qayıdır: Harada yaşayacaqlar?

Ceyhun Bayramov Abbas Arakçı ilə danışdı

Bu ərəb ölkəsində 11 milyon əhali var, 10 milyonu miqrantdır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla