Yuxarı

Azərbaycan-Rusiya işgüzar görüşü keçirildi

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan-Rusiya işgüzar görüşü keçirildi

Bakı Biznes Mərkəzində İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-Rusiya işgüzar görüşü keçirilib.

Axar.az bu barədə nazirliyə istinadən xəbər verir.

Məlumata görə, hər iki tərəfdən qida sənayesi, səhiyyə, bank, logistika, turizm və digər sahələrdə fəaliyyət göstərən 60-dan çox sahibkarın iştirak etdiyi tədbirdə Azərbaycanda biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması istiqamətində aparılan islahatlar barədə məlumat verilib, iş adamları fəal əməkdaşlığa dəvət olunub.

İştirakçılar həmçinin, Azərbaycan məhsullarının xarici bazarlarda tanıdılması və ixracın artırılması, "Made in Azerbaijan" brendinin təşviqi ilə bağlı görülən işlər barədə məlumatlandırılıb, Azərbaycanın və Sankt-Peterburqun iqtisadi-ticarət potensialı, investisiya imkanları barədə təqdimatlar olub.

Tədbir çərçivəsində sahibkarlar mövcud əlaqələrin genişləndirilməsi və yeni biznes əməkdaşlığının qurulması məsələlərini müzakirə ediblər.

Tarix
2019.10.29 / 19:11
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin “qonşuyuq?” sualına sakindən cavab...

Sadır Japarov İlham Əliyevi təbrik etdi

Bakı və Sofiya siyasi məsləhətləşmələr keçirdi

Qazax nazir Ermənistanda: TRIPP müzakirə edildi

Ceyhun Bayramov BMT rəsmisi ilə görüşdü

Ermənistan bu ölkədən külli miqdarda raket alır

Azərbaycan daha bir Konvensiyaya qoşulur

Elçin Əmirbəyov Litvanın XİN başçısı ilə görüşdü

Fələstin səfirliyi dəstəyə görə Azərbaycana təşəkkür etdi

Onlar antivətən xislətlərini yenə də büruzə verdilər...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla