Yuxarı

Qeyri-neft sektorunun büdcə payı nə qədər artacaq?

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qeyri-neft sektorunun büdcə payı nə qədər artacaq?

Son günlər kütləvi informasiya vasitələrində 2020-ci ilin dövlət büdcəsində qeyri-neft sektorunun payı 12 faiz artacağı ilə bağlı yayılan informasiyalar həqiqəti əks etdirmir.

Axar.az xəbər verir ki, bunu iqtisadçı Rəşad Həsənov qeyd edib. O bildirib ki, 2020-ci ilin dövlət büdcəsində qeyri-neft sektorunun payı (xüsusi çəkisi) cəmi 3 faiz bəndi artaraq 43.9 faiz olacaq:

“Büdcə gəlirlərinin 56.1 faizi neft sektorundan birbaşa daxilolmalar hesabına formalaşacaq. 12 faiz artım dövlət büdcəsinin qeyri-neft sahəsi üzrə gəlirlərində proqnozlaşdırılır. Amma bunun sektorun büdcədəki payına təsiri 3 faiz bəndi olacaq”.

İqtisadçı neft sektorundan büdcə daxilolmalarının cari illə müqayisədə 1.2 faiz daha az proqnozlaşdırldığını söyləyib:

“Bunun da əsas səbəbi neftin qiymətinin növbəti il üçün 5 dollar az (bir barrel üçün 55 ABŞ dolları) proqnozlaşdırılması səbəbindən sektordan vergi daxilolmalarının 2019-cu illə müqayisədə azalmasıdır”.

Tarix
2019.11.08 / 12:11
Müəllif
Büllurə Yunus
Digər xəbərlər

“Bədr müqaviləsi” Türkiyəyə nə qazandıracaq?

Ağdama həsr olunan klip yayıldı - Video

Bu ölkədə Araik Arutyunyana “vətəndaşlıq” verildi

İlham Əliyevin Vyetnam səfərindən video yayıldı

İlham Əliyevin Vyetnama səfəri başa çatdı - Video

Paşinyan: Tarixləri qarışdırdım, TRİPP-lə bağlı mərasim...

Vyetnama səfərimin nəticələrindən çox məmnunam - Video

Birinci xanımların Hanoydakı İrs Evində görüşü oldu - Foto

Vətən müharibəsi dövründə Vyetnamın dəstəyi... - Prezident

Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla