Yuxarı

Yeni başçıdan ilk açıqlama: Nələr edəcək?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Abadlıq, sakinlərin qəbulu və s. ilə bağlı İcra Hakimiyyətinin öhdəsinə düşən bütün problemlər öz həllini tapacaq.

Bu sözləri Axar.az-a eksklüziv açıqlamasında Prezident İlham Əliyevin ötən gün verdiyi sərəncamla Xətai Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilən Rafiq Quliyev deyib. O, ölkə başçısının yeni təyin edilən icra başçılarını qəbul etməsi ilə bağlı təəssüratını bölüşüb:

“Bundan gözəl nə təəssürat ola bilər ki? 1997-ci ildən İcra Hakimiyyətində çalışıram. Yəqin ki, ölkə başçısı fəaliyyətimi qiymətləndirib. Çalışacağam ki, mən də Prezidentin bu etimadını doğruldum. Cənab Prezident qarşımıza hansı məqsədlər qoyubsa, onların hamısına nail olacağıq”.

R.Quliyev mediada reklam olunmaqdan qaçdığını, buna baxmayaraq, fəaliyyəti ilə bağlı suallara cavab verməyə hər zaman hazır olduğunu söyləyib:

“İstəyirəm ki, hansı ərazidə neqativlər varsa, üzə çıxarılsın, deyilsin və biz də çalışıb, aradan qaldıraq.Cənab Prezident də mediaya və sakinlərə müraciət etdi ki, neqativ hallar barədə məlumat verilsin”.

R.Quliyev Xəırai Rayon İcra Hakimiyyətinin keçmiş başçısının (Razim Məmmədov) qanunsuz torpaq satışı ilə bağlı fəaliyyətinin araşdırılıb-araşdırılmaması ilə bağlı məsələyə də münasibət bildirib:

“İcra Hakimiyyəti araşdırma aparmır. Onu araşdıran başqa orqandır. Bununla bağlı bir söz deyə bilmərəm”.

Yeni başçı fəaliyyət istiqamətləri barədə də məlumat verib:

“Hazırda Xətai rayonunda Məhəmməd Hadi küçəsində, Ukrayna dairəsindən “Həzi Aslanov” metrostansiyasına qədər olan ərazidə ciddi abadlıq işləri görülüb, səkilərə daşlar döşənib.Yaşıllıq örtüyü salınıb, fasadlar düzəldilib. Bu istiqamətdə fəaliyyətlərimiz davam etdiriləcək. Bundan əlavə, Nəsiminin 650 illiyi ilə bağlı əvvəlcədən ayrılmış ərazidə hər şənbə günü ağacəkmə aksiyası davam etdiriləcək”.

Tarix
2019.11.13 / 17:22
Müəllif
Büllurə Yunus
Şərhlər
Digər xəbərlər

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

İrəvan Fransanın oyunlarına getməməlidir! - İcma

Paşinyan separatçıları hədələdi: Bir hakimiyyət var!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla