Yuxarı

Əhaliyə 4 milyard manatlıq xidmət göstərildi

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əhaliyə 4 milyard manatlıq xidmət göstərildi

2019-cu ilin yanvar-oktyabr aylarında Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2018-ci ilin eyni dövrü ilə müqayisədə real ifadədə 2,3 faiz artaraq 4 milyard 473,9 milyon manat olub.

Trend-in məlumatına görə, hüquqi şəxslər tərəfindən əhaliyə 3 milyard 011,0 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 67,3 faizini təşkil edib.

2019-cu ilin yanvar-oktyabr aylarında Bakıda ictimai iaşə dövriyyəsi 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 7,2 faiz artaraq 860,5 milyon manat olub.

Dövriyyənin 45,9 faizi hüquqi şəxs statuslu müəssisələrin, 54,1 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların payına düşüb. Hüquqi şəxs statuslu müəssisələrdə dövriyyə 2018-ci ilin eyni dövrü ilə müqayisədə 3,6 faiz artaraq 395,0 milyon manat təşkil edib.

Tarix
2019.12.05 / 22:50
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Rumen Radevlə görüşdü

Dublində Əliyevlə Paşinyanın görüşü gözlənilir

İlham Əliyev Dublində mühüm tədbirdə iştirak etdi

Zelenski Əliyevlə nələri müzakirə etdiyini açıqladı

Monteneqro prezidenti Azərbaycana gəlir

Azərbaycandan qazla bağlı məsələyə maraq var, çünki...

İlham Əliyev Maya Sandu ilə görüşdü - Foto

Nausedadan Bakı və İrəvanla bağlı açıqlama

Prezident Dublindəki Konqres Mərkəzinə gəldi - Video

İlham Əliyev İrlandiyada səfərdədir: Zelenski ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla