Yuxarı

Yunanıstanın Bakı qazı ilə bağlı 3 tələbi – Sensasion açıqlama

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yunanıstanın Bakı qazı ilə bağlı 3 tələbi – Sensasion açıqlama

Yunanıstan Trans Adriatik Qaz kəməri ilə Azərbaycan qazının daşınması məsələlərinə və DESFA qaz paylayıcı şəbəkəsinin özəlləşdirilməsi mexanizminə yenidən baxmaq niyyətindədir. Ümumiyyətlə, rəsmi Afinanın qazla bağlı ortaya 3 tələbi çıxıb.

Caspian Barrel-in əldə etdiyi sensasion açıqlamaya görə, yeni hökumətin istəyi bu gün Bakıda baş tutacaq "Cənub qaz dəhlizi" Koordinasiya Şurasının ilk iclasından sonra Yunanıstan Energetika naziri Panayiotis Ladazanisin Azərbaycan hökumət başçıları və Prezident İlham Əliyevlə görüşlərində rəsmi Bakıya təqdim olunacaq.

Bəs Yunanıstanın yeni hökumətinin istəyi nədir? İlk olaraq Yunanıstanı narahat edən TAP-la daşınacaq Azərbaycan qazının tranzit haqlarıdır. Rəsmi Afina hesab edir ki, tranzit haqları aşağıdır. İkinci məsələ, Yunanıstanın Azərbaycandan alacağı qazın qiymətlərinin rəsmi Afinanın nəzərincə bahalı olmasıdır ("Şahdəniz-2 layihəsindən Yunanıstan 2020-ci ildən başlayaraq 25 il müddətində ildə 1 mlrd kub metr qaz almalıdır" – Caspian Barrel).

Nəhayət, Azərbaycan qazı ilə bağlı Yunanıstanın rəsmi Bakı ilə müzakirə obyekti DESFA qaz paylayıcı şəbəkisinin özəlləşdirilməsi məsələsi olacaq. Belə ki, Yunanıstan KİV-nin məlumatına görə, hökumət DESFA səhmlərinin 66%-nin Azərbaycan Dövlət Neft Şirkətinə satılmasında artıq maraqlı deyil. Hökumətdəki mənbələr bildiriblər ki, "onlar DESFA-nın yalnız 49% səhlərinin satılmasını məqsədəuyğun hesab edərdilər".

Beləliklə, görünür ki, Azərbaycan Prezidenti İlham Əliyevin bu ilin yanvarında iki dəfə Münhendə "Cənub qaz dəhlizi"nin Avropa hissəsi ilə bağlı diplomatik ifadələrlə dilə gətirdiyi ifadələr həqiqətən Azərbaycan və "Şahdəniz" layihəsində iştirak edən şirkətlər üçün sürprizlərlə dolu imiş və təəssüf ki, bunu doğuran əlamət heç də neftin qiymətinin yarıbayarı azalması deyilmiş.

Tarix
2015.02.12 / 11:36
Müəllif
Axar.az
Digər xəbərlər

Zakir Həsənov Türkiyədə səfərdədir

Moskvaya gedən avtobus qəzaya düşdü: 50 azərbaycanlı...

XİN Türkiyəni təbrik etdi

Tramp iki ölkəni hədələdi - Sərt cavablar gəldi...

Güney azərbaycanlı fəallar məhkəməyə çağırıldı - Səbəb

Azərbaycandakı yəhudi dini icmaları birgə açıqlama yaydı

Avropanın iki paytaxtında Bakıya qarşı hazırlıq...

Liderlər Bişkekdə toplanır - Əliyev də var

Zaxarova Paşinyana: Sizi müdafiə etməyə gəlirdik, Qarabağı...

Türkiyənin Naxçıvandakı konsulundan Zəngəzur açıqlaması

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla