Yuxarı

Azərbaycana xaricdən ən çox nə gətirilir? - Statistika

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycana xaricdən ən çox nə gətirilir? - Statistika

2014-cü ildə Azərbaycan Respublikasının rezidentləri dünyanın 150 ölkəsinin hüquqi və fiziki şəxsləri ilə ticarət əməliyyatları həyata keçirib, 110 ölkəyə əmtəə ixrac olunub, 137 ölkədən idxal edilib.

Dövlət Statistika Komitəsindən Axar.az-a verilən məlumata görə, xarici ticarət əlaqələri iştirakçılarının 45-i Avropa, 33-ü Amerika, 43-ü Asiya ölkələri və digərləridir.

2014-cü il ərzində xarici ticarət dövriyyəsinin həcmi statistik məlumatlara əsasən, 39,5 milyard ABŞ dolları, o cümlədən, ixracın həcmi 30,3 milyard dollar, idxalın həcmi 9,2 milyard dollar təşkil edib. Nəticədə, 21,1 milyard dollarlıq müsbət saldo yaranıb.

İxrac edilmiş məhsulların ümumi həcmində xam neft, neft məhsulları, təbii qaz, meyvə-tərəvəz, bitki və heyvan mənşəli piylər və yağlar, şəkər, kimya sənayesi məhsulları, plastmas və ondan hazırlanan məmulatlar, alüminium və ondan hazırlanan məmulatların, idxal olunmuş məhsulların həcmində isə qida məhsulları, qara metallar və onlardan hazırlanan məmulatlar, maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar, nəqliyyat vasitələri və onların hissələrinin xüsusi çəkisi üstünlük təşkil edib.

Qeyri-neft məhsullarının ixracı 1,7 milyard dollar olub. Hər nəfərə düşən qeyri-neft məhsullarının ixracı 181,6 dollar təşkil edib.

Tarix
2015.02.12 / 12:00
Müəllif
İlham Sahiloğlu
Digər xəbərlər

13 nəfər Suriyadan Azərbaycana gətirildi

Dronla vurulan gəmidəki Coşqunun ailəsi danışdı - Video

Strateji tərəfdaşlıq: London və Bakı yeni mərhələyə keçir

Azərbaycan əsgərini təhvil versək... - Paşinyan

Allahşükür Paşazadə Yerlan Karinlə görüşdü

Rusiyadan AZAL qəzası ilə bağlı yeni açıqlama...

Azərbaycan və Böyük Britaniya arasında 4 sənəd imzalandı

Prezident Lord Anas Sarvarı qəbul etdi - Foto

Azərbaycanı onlardan minlərlə kilometr məsafə ayırsa da...

Prezident onlara müraciət ünvanladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla