Yuxarı

Anormal qiymət: neft bazarını ABŞ idarə edir

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Anormal qiymət: neft bazarını ABŞ idarə edir

"Fundamental dəyişikliklər yoxdur və bazarda baş verənlər əsasən spekulyativ hərəkətlərdir".

Axar.az xəbər verir ki, bu açıqlama ilə ekspert Natiq Cəfərli çıxış edib.

Onun sözlərinə görə, bazar bir tək ABŞ-dan gələn siqnallara cavab verir:

"İndi WTI 51,88 dollara, "Brent" isə 60,11 dollara satılır. Bu, normal deyil. Qiymət fərqinin 15%-dən artıq olması bazarın anormal olduğunu göstərir. Əslində, "Brent" markalı neftin qiyməti artıq formal hal alıb. "Brent"ə uyğun bazara neft çıxardan bütün markalar güzəşt elan ediblər. Yəni birja qiymətindən 3-5 dollar ucuz neft satırlar. Ona görə də "Brent"ə uyğun markaların real satış qiyməti indi 55-57 dollar arasıdır. Bazar yalnız ABŞ-dan gələn siqnallara reaksiya verir. Artıq üç həftədir ki, həftənin əvvəli neft ucuzlaşmağa başlayır. Hər 3-cü gün isə ABŞ-da həftəlik ehtiyatlar haqqında statistika çıxanda neft kəskin ucuzlaşır, sonra isə 4-cü və 5-ci gün yavaş-yavaş qalxır. İndi də elə olacaq. Növbəti həftə ABŞ-da ehtiyatlar yenə gözləntilərdən artıq olsa, qiymət kəskin düşəcək, sonra yenə yavaş-yavaş qalxacaq. Əslində, qiymətin 55-60 dollar civarında stabilləşməsi hamıya xeyirdir".

Tarix
2015.02.13 / 18:14
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Ərdoğan Bakıya gəlir: Pərdəarxası məqamlar...

Şövkət Mirziyayev İlham Əliyevi təbrik etdi

BTQ-nin gənclər platformasına 40 ölkə qoşuldu

Türk əsgəri İran tərəfdən açılan atəşlə şəhid olub?

Ərdoğanın Bakıya qəfil səfər qərarının səbəbi - General

İran Ermənistana xəbərdarlıq etdi: "Qırmızı xətt"...

Hacıyevin İrəvana səfəri: hansı təcili zərurət vardı?

İtaliya XİN rəhbəri Azərbaycana gəlir

İlham Əliyev braziliyalı həmkarını təbrik etdi

Azərbaycan haqda sözlərinizin nəticəsini anlayırsınız?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla