Yuxarı

Belarusa neft nəql edə bilərik - SOCAR

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Biz həm Azərbaycan, həm də digər ölkələrin neftini arzu edən tərəflərə texniki baxımdan nəql edə bilərik.

Axar.az xəbər verir ki, bu barədə Trend-ə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov deyib.

İ.Əhmədov bildirib ki, məsələ ilə bağlı danışıqlar aparılıb:

"Biz həm Azərbaycan, həm də digər ölkələrin neftini arzu edən tərəflərə texniki baxımdan nəql edə bilərik. Ancaq hələki bununla bağlı konkret bir şey yoxdur".

Qeyd edək ki, Belarusun Baş nazirinin birinci müavini Dmitri Krutoy ölkəsinin Azərbaycan, Ukrayna, Qazaxıstan, Polşa və Baltikyanı ölkələrə neft satın almaqla bağlı müraciət etdiyini deyib.

Baş nazirin müavini bildirib ki, Belarus hökuməti alternativ neft tədarükü mexanizmlərini araşdırır.

D.Krutoyun sözlərinə görə, hazırda zavodların və Belarus Neft Şirkətinin bütün xidmətləri gündəlik danışıqlar həyata keçirir.

Tarix
2020.01.14 / 22:13
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi...

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla