Yuxarı

Azərbaycanda dəniz yük daşımalarının həcmi artıb

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanda dəniz yük daşımalarının həcmi artıb

2019-cu ildə dəniz yük daşımalarının həcmi 1,55 milyon ton təşkil edib ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,7 dəfə çoxdur.

Trend xəbər verir ki, dəniz yolu ilə daşınan yüklərin ümumi həcmi 948,2 milyon dollar təşkil edib ki, bu da 2018-ci ilin eyni göstəricisindən 22,2 faiz artıqdır.

İxracat daşınmasının həcmi 336,2 min tona yaxın göstərici təşkil edib - bu, 2018-ci ildəkindən 1,4 dəfə çoxdur. İxrac olunan malların ümumi göstəricisi 155.52 milyon dollar (artım 26.6 faiz) təşkil edib.

Hesabat dövründə dəniz nəqliyyatı ilə idxal olunan yüklərin həcmi 1,21 milyon ton təşkil edib ki, bu da 2018-ci ilin eyni göstəricisindən 1,7 dəfə çoxdur. İdxal olunan malların ümumi göstəricisi isə 708,3 milyon dollar (artım 17,6 faiz) olub.

Ümumilikdə hesabat dövründə Azərbaycanın ticarət dövriyyəsi 33,3 milyard dollar, xüsusilə ixrac - 19,64 milyard dollar, idxal - 13.667 milyard dollar təşkil edib.

Tarix
2020.01.19 / 13:23
Müəllif
Axar.az
Digər xəbərlər

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

İran rejiminin süqutu başlayıbmı?

Quterreşdən anlamlı çıxış: Belə sülh qura bilməzsiniz...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla