Yuxarı

Milyarderin Bakıda fəaliyyətini genişləndirməsi nə vəd edir?

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Milyarderin Bakıda fəaliyyətini genişləndirməsi nə vəd edir?

Son zamanlar dünya birjalarında neftin qiymətinin artmasıLukoyl” şirkəti üçün də investisiya imkanları yaradıb. Bu baxımdan “Lukoyl” şirkətinin Azərbaycanda fəaliyyətini genişləndirməsi müəyyən mənada neft sektorunda canlanmaya səbəb ola bilər.

Bu sözləri iqtisadçı Rəşad Həsənov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 21-də Davosda Rusiyanın “Lukoyl” şirkətinin prezidenti Vahid Ələkbərov ilə görüşünü Axar.az-a şərh edərkən deyib. Onun sözlərinə görə, “Lukoyl” kifayət qədər tanınan və öz sözünü demiş bir neft şirkətidir:

“Lukoyl” neft şirkəti Azərbaycan ilə yaxından maraqlanan və məlumatı olan, əlaqələrə malik bir şirkətdir. Onu da qeyd edim ki, Azərbaycanda son zamanlar neft hasilatı azalmaqdadır və azalan neftin kompensasiyası üçün nisbətən daha dərinlikdəki yataqlardan neftin çıxarılmasına ehtiyac var.

“Lukoyl” şirkətinin digər bir önəmli cəhəti də təsisçisinin Azərbaycan əsilli olmasıdır. Düşünürəm ki, bu baxımdan “Lukoyl”un fəaliyyətini genişləndirməsi ölkəmiz üçün uğurlu olacaq.

Ümumiyyətlə, hökumətin gələcəyə yönəlik planı ondan ibarətdir ki, Xəzərin mövcud potensialından maksimum dərəcədə istifadə olunsun”.

Qeyd edək ki, yanvarın 21-də Davosda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Rusiyanın “Lukoyl” şirkətinin prezidenti Vahid Ələkbərov arasında Azərbaycanın “Naxçıvan”, “Qoşadaş” yataqlarının birgə işlənilməsi məsələsi müzakirə olunub və bu barədə razılıq əldə edilib.

Tarix
2020.01.22 / 14:20
Müəllif
Turan Rzayev
Digər xəbərlər

Bayramov Saidovla danışdı

Ermənistana daha 7 vaqon buğda göndərildi

Bu səfirin Azərbaycanda fəaliyyəti başa çatdı

Minnixanovdan Əliyevə: Buna ümid edirik...

AİHM-in son qərarı ilə bağlı Əsgərovdan bəyanat

Gömrük Komitəsinin idarə rəisi işdən çıxarıldı

Baş nazirdən mühüm qərar

Vüqar Əhmədov Qax və Zaqatala sakinləri ilə görüşdü

TƏBİB sədrindən gözlənilməz qərar: İsrafilov işdən çıxarıldı

Prezident Qurbanova babasının fədakarlığından danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla