Yuxarı

Yeni avtobuslar yanacaqsız qala bilər

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yeni avtobuslar yanacaqsız qala bilər

I Avropa Olimpiya oyunları ilə əlaqədar paytaxta gətiriləcək avtobuslar yanacaqsız qala bilər.

Axar.az xəbər verir ki, maye qazla çalışan avtobuslar üçün Bakıda tikintisi nəzərdə tutulan stansiyaların inşası naməlum səbəblərdən yubanır.

Əldə etdiyimiz məlumata görə, ARDNŞ səlahiyyətliləri stansiyaların tikintisinə aprel ayında başlanılmasını nəzərdə tutur. Lakin 2 ay ərzində bir neçə stansiyanın istifadəyə veriləcəyi böyük sual altındadır.

Bildirək ki, ölkədə benzinə olan tələbatı tənzimləmək, eyni zamanda ətraf mühitə dəyən zərəri minimuma endirmək üçün avtomobillərdə qazdan istifadə olunması planlaşdırılır. Bu məqsədlə bütün ölkə ərazisində qazdoldurma stansiyaları quraşdırılacaq. Bununla bağlı ARDNŞ-in "Azəriqaz" İstehsalat Birliyi layihəyə başlayıb.

Ötən ilin noyabrında ARDNŞ prezidenti Rövnəq Abdullayev 2015-ci ildə Bakıya gətiriləcək avtobusların qazla işləyəcəyini bildirmişdi. Şirkət rəhbərinin sözlərinə görə, bununla əlaqədar Bakı və Bakı ətrafında 6 yeni stansiyanın tikintisi nəzərdə tutulub.

Plana görə, ilbəil bu stansiyaların sayı artırılacaq və hər 180 kilometrdən bir qaz stansiyası olacaq.

Tarix
2015.02.19 / 08:00
Müəllif
Şəmsəddin Ənsar
Digər xəbərlər

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür

Özgür Özəlin İlham Əliyevə zəngində qeyri-adi nə var?

Bakının həmmüəllifi olduğu hesabat COP31-də təqdim olundu

Murad Əliyevi İstanbulda niyə döydülər? - Video

Mehriban Əliyeva Hacıqabuldan paylaşım etdi - Video

Ərdoğan niyə Koreyadan dərhal sonra Şuşaya gəldi?

İrəvan-Bakı münasibətlərinin normallaşması... - Şoyqu

İrəvan TRİPP-lə bağlı bu məsələlərə təminat verdi – Bəqai

Özgür Özəl İlham Əliyevə zəng etdi

Tehranın riyakarlığı: dostluq bəyanatları, ikili standartlar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla