Yuxarı

İstehlak kreditləri məhdudlaşdırılacaq - Video

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
İstehlak kreditləri məhdudlaşdırılacaq - Video

İstehlak kreditlərinin verilməsi məhdudlaşdırılacaq.

Axar.az-ın "Xəzər Xəbər"ə istinadən məlumatına görə, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov keçirdiyi mətbuat konfransında deyib.

Konfransda Mərkəzi Bankın İdarə Heyətinin uçot dərəcəsinin aşağı salınması ilə bağlı qərarı elan edilib. Bildirilib ki, uçot dərəcəsi 7,50 faizdən 7,25 faizə endirilib.

Elman Rüstəmov ipoteka kreditlərinin az verilməsinə də toxunub. O vurğulayıb ki, İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətini kommersiyalaşdırmaq lazımdır. Ölkədə ipoteka kreditlərinin həcminin artırılması üçün layihə hazırlana bilər. Qurumun daxili bazardan vəsait cəlb etməsi istiqamətində də işləmək olar.

Mərkəzi Bankın sədri son vaxtlarda istehlak kreditlərinin artması məsələsinə də toxunaraq deyib ki, bunun qarşısı alınacaq.

Elman Rüstəmov biznes kreditlərinə çıxışın asanlaşdırılması istiqamətində görülən işlərə də toxunaraq xatırladıb ki, bir müddət əvvəl sahibkarlarla görüş keçirilib. Bankların nümayəndələri ilə birgə biznes kreditlərinə çıxışa mane olan səbəblər müzakirə edilib.

Faiz dəhlizinin parametrlərinə dair növbəti qərar martın 19-da veriləcək.

Tarix
2020.02.01 / 00:57
Müəllif
Axar.az
Digər xəbərlər

İtaliya XİN rəhbəri Azərbaycana gəlir

İlham Əliyev braziliyalı həmkarını təbrik etdi

Azərbaycan haqda dediklərinizin nəticələrini anlayırsımızmı?

Ərdoğanı Bakıya gətirən səbəb...

Azərbaycana gedirəm, ümid edirəm ki... - Ərdoğan

Ermənipərəst senatorla biz yox, onlar mübarizə aparacaq

Paşinyan Türkiyəyə gedir

Ərdoğan Azərbaycana gəlir - Təcili

ABŞ-da seçki: Demokratlar qalib gəlir

ASAN Xidmət unikal Azərbaycan brendidir - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla