Yuxarı

Bakıda iki saata 120 milyon dollar satıldı

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda iki saata 120 milyon dollar satıldı

Mərkəzi Bankın ikivalyutalı səbətə keçməsindən və manatın nisbətən ucuzlaşacağı rəyindən sonra Bakıda bir çox valyutadəyişmə məntəqəsində dollarla bağlı çox ciddi ajiotaj yaşanır.

Valyutadəyişmə məntəqələrində yaşanan gərginliklə bağlı Axar.az-a maraqlı məlumat daxil olub. Məlumata görə, ötən gün günorta saatlarına qədər Bakının yalnız valyutadəyişmə məntəqələrində əhali tərəfindən 120 milyon ABŞ dolları satın alınıb.

Mənbənin qeydlərinə görə, məhz bu fakt da valyutadəyişmə məntəqələrində dolların qurtarmasını şərtləndirib.

İqtisadçı ekspert Vüqar Bayramov Axar.az-a açıqlamasında dollarla bağlı vətəndaşlar arasında yaranan panikanın səbəbinə aydınlıq gətirib:

"Manatın dəyərdən düşəcəyi ilə bağlı əhalidə ciddi bir narahatlıq müşahidə olunur. Bu da vətəndaşların valyutadəyişmə məntəqələrinə üz tutmasına gətirib çıxarıb. Amma manatını dollara çevirən vətəndaşlar onsuz da bir müddətdən sonra pul xərcləmək üçün yenidən dolları milli valyutaya çevirəcəklər. Pul dövriyyəsində bəlli həcmdə manat kütləsi var və kənardan ölkəyə milli valyuta idxal edilmir. Bu isə o deməkdir ki, onsuz da müəyyən müddətdən sonra intervensiya xərclərində azalma müşahidə ediləcək".

Tarix
2015.02.19 / 11:35
Müəllif
İlham Sahiloğlu
Digər xəbərlər

İlham Əliyev İspaniya Kralına başsağlığı verdi

Azərbaycanla sülh 400 illik bağlanmalıdır

İlham Əliyev Türkiyəyə getməyəcək - Təcili

Əli Əsədov Gürcüstanda səfərdədir - Foto

Ukraynalı nazir İlham Əliyevə təşəkkür etdi

Hakan Fidan Ceyhun Bayramovla görüşdü

Türk generalın Bakıda səhvi... - Türk yazar açıqladı

Paşinyan sülh sazişini gecikdirsə... - Rusiyadan baxış

Ankarada TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçirildi

Bayramov Ankarada mühüm iclasda çıxış etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla