Yuxarı

Neft ucuzlaşır, təşvişə düşməyin – Nazir

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Neft ucuzlaşır, təşvişə düşməyin – Nazir

Dünya bazarında neftin qiyməti müəyyən amillərdən asılı olaraq gah düşür, gah da qalxır. Buna soyuqqanlı yanaşmalıyıq. Neftin ucuzlaşmasına görə təşvişə düşməyə ehtiyac yoxdur.

Axar.az Report-a istinadla xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Maliyyə naziri Samir Şərifov deyib.

"Bu gün azalan qiymət sabah arta da bilər. Biz dövlət büdcəsini tərtib edəndə bu proseslərə kifayət qədər ehtiyatlı yanaşmışıq. Bu il neftin büdcə qiyməti ötən illə müqayisədə azdır. Biz artıq büdcə qaydası üzrə işlərimizi qururuq, yəni artıq daha uzunmüddətli proqnozlaşdırma əsasında işləyirik. Ən azı ortamüddətli proqnozlarımız var, 2020-ci ilin büdcəsi neftin qiymətinin kəskin şəkildə enməsindən belə sığortalanıb. Çünki büdcəyə manatla transferlər nəzərdə tutulub, onların məbləği dəyişmir. Ucuzlaşma prosesi uzun çəkdiyi halda yəqin ki, iqtisadi siyasətimizə hansısa düzəlişlər edə bilərik. Amma mən hesab etmirəm ki, hazırda tələsik addımlar atmalıyıq. Kifayət qədər valyuta ehtiyatlarımız da var, lazım gəldikdə arzuolunmaz şoklara cavab verə bilərik", - o qeyd edib.

Tarix
2020.02.09 / 15:08
Müəllif
Axar.az
Digər xəbərlər

Amerikalı nazir Zəngəzur dəhlizindən danışdı: İşə düşsə...

İtaliyanın XİN rəhbəri Azərbaycana gəldi

İlham Əliyev ABŞ-ın daxili təhlükəsizlik nazirini qəbul etdi

Vyetnamla Azərbaycan arasında imzalanan bu sənəd...

“Azərbaycanda doğulub” sözünə görə “mübarizə” aparır

İlham Əliyev Livan prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

“Bədr müqaviləsi” Türkiyəyə nə qazandıracaq?

Ağdama həsr olunan klip yayıldı - Video

Bu ölkədə Araik Arutyunyana “vətəndaşlıq” verildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla