Yuxarı

Bakı nefti ucuzlaşır: Büdcəyə təhlükə varmı? – Şərh

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakı nefti ucuzlaşır: Büdcəyə təhlükə varmı? – Şərh

Cari ilin yanvar ayının yekunlarına görə, “Brent” markalı neftin dünya bazarında orta qiyməti 65 dollar ətrafında olub.

Bu sözləri Axar.az-a açıqlamasında Neft Araşdırmalar Mərkəzinin rəhbəri, iqtisadçı-ekspert İlham Şaban Maliyyə naziri Samir Şərifovun “neftin ucuzlaşmasına görə təşvişə düşməyə ehtiyac yoxdur” sözlərini şərh edərkən deyib.

Ekspert də neftin ucuzlaşmasının narahatlıq üçün əsas olmadığını bildirib:

“Azərbaycanın ixrac etdiyi “Azəri Layt” markalı neftlə “Brent” arasında qiymət fərqi 4-5 dollar təşkil edir. Fərq ötən ilin noyabr ayında başlayaraq bu nisbətdədir. Bu ilin fevral ayının ilk 10 günlüyündə “Brent” markalı neftin orta qiyməti 56 dollar olub, Azərbaycan neftinin orta ixrac qiyməti isə 60 dollar təşkil edib. Bu isə büdcədə götürülən rəqəmdən 5 dollar yüksəkdir. Ona görə də həyəcan təbili çalınmasına heç bir əsas görmürəm. Neftin qiyməti həmişə dəyişir. Bir həftə, hətta 1-2 ay ərzində neftin qiymətində dəyişikliyin olması illik orta ixrac qiymətinin dəyişməsi demək deyil”.

Qeyd edək ki, Çində baş qaldıran koronovirus təhlükəsi səbəbindən bu ölkənin neftə tələbatının 20 faizə qədər azalması dünya birjalarında neftin qiymətini kəskin ucuzlaşdırıb. Hazırda “Brent” markalı neftin bir barreli 54 dollar civarındadır.

Tarix
2020.02.11 / 12:28
Müəllif
Samir Soltanov
Digər xəbərlər

Ərdoğan COP31-də onun üzündən öpdü - Video

Ermənistana etiraz: Bu, bəşəri dəyərlərə hörmətsizlikdir

Leyla Əliyeva Antalyada Azərbaycan pavilyonunda - Foto

Qalstukundakı simvolla mesaj verdi: mənası bu imiş - Foto

Ərdoğan Paşinyanı "Sənə də qalmaz"la qarşıladı - Video

QMİ-dən İrəvandakı Göy məscidlə bağlı etiraz

Nazir Polşa səfirliyində: Başsağlığı verdi - Video

Əl-Əqsa və Göy Məscid: İranın siyasətinin əsl mahiyyəti

İlham Əliyev Türkiyə səfərindən video paylaşdı

İlham Əliyevin Türkiyəyə səfəri başa çatdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla