Yuxarı

“Bazarstor”dan bazarların bağlanmasına - Açıqlama

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Bazarstor”dan bazarların bağlanmasına - Açıqlama

Bakıda supermarket şəbəkələrinin bağlanması xəbərləri yayılmaqdadır.

Axar.az xəbər verir ki, bu məlumatların gəldiyi vaxtda "Bazarstore" MMC-dən rəsmi açıqlama verilib. Rəsmi Feysbuk səhifəsində yerləşdirilən bəyanatda əhaliyə müraciət olunub:

"Hörmətli müştərilərimiz, 2 gündür bir çox böyük supermarket şəbəkələri, apteklər, mağazalar qapılarını sizin üzünüzə bağlayaraq hər birinizi təşvişə salıb. Hətta bəzi mağazalarda müştərilərin gözü qarşısında məhsulların rəflərdən yığışdırıldığı və heç bir açıqlama verilmədən onların içəri buraxılmadığı barədə əsaslı məlumatlar yayılıb. Biz isə Bazarstore mağazalar şəbəkəsi olaraq bu gün bir daha bəyan edirik ki, hər zaman müştərilərimizin yanındayıq. Dünən və bu gün "Bazarstore" mağazaları normal iş rejimində çalışdı. Sosial şəbəkələrdə insanlar "Bazarstore" mağazalarında qiymətlərin əvvəlki kimi olduğunu qeyd ediblər. Hətta endirimlərin də davam etdiyini xəbər verərək bir-birini məhz "Bazarstore"lara getməyə çağırır".

Tarix
2015.02.22 / 21:34
Müəllif
Emin Aslanlı
Digər xəbərlər

İtaliya XİN rəhbəri Azərbaycana gəlir

İlham Əliyev braziliyalı həmkarını təbrik etdi

Azərbaycan haqda dediklərinizin nəticələrini anlayırsımızmı?

Ərdoğanı Bakıya gətirən səbəb...

Azərbaycana gedirəm, ümid edirəm ki... - Ərdoğan

Ermənipərəst senatorla biz yox, onlar mübarizə aparacaq

Paşinyan Türkiyəyə gedir

Ərdoğan Azərbaycana gəlir - Təcili

ABŞ-da seçki: Demokratlar qalib gəlir

ASAN Xidmət unikal Azərbaycan brendidir - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla