Yuxarı

“DəmirBank”dan dollarla verilən kreditlərə endirim

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

"DəmirBank" müştərilərinə 10 faizədək güzəştli kreditlər təklif edir.

"DəmirBank" ASC-nin İctimaiyyətlə Əlaqələr şöbəsinin əməkdaşı Təhminə Paşayevanın Axar.az-a verdiyi məlumata görə, nağd pul krediti götürmək istəyən müştərilər 5000-dək nağd pul kreditini illik faiz dərəcəsində 10%-dək endirimlə əldə edə bilərlər. Bununla yanaşı, "DəmirBank" ABŞ dolları valyutası ilə verilən digər kreditlərə də əlavə 2% endirim tətbiq edir.

Məlumatda bildirilir ki, bank müştərilərinə sərfəli şərtlərlə istehlak və biznes kreditlərinin verilişini davam etdirir. Şərtlərə əsasən, şəxsiyyət vəsiqəsi və iş yerindən arayış təqdim etməklə, mövcud istehlak kreditlərindən ("Təhsil işçilərinə kredit", "Səhiyyə işçilərinə kredit", "Dövlət qulluqçularına kredit", "Dövlət işçilərinə kredit", "Təqaüdçülərə kredit", "Qızılla kredit", "Məişət texnikası krediti", "Təmir krediti") yararlanmaq mümkündür. Bununla yanaşı, "DəmirBank" sahibkarlığın inkişafı üçün də sahibkarlara uyğun şərtlərlə biznes kreditləri təklif edir. Burada isə minimum 12 ay stabil biznes fəaliyyəti olan, istehsalat, ticarət və təsərrüfatla məşğul olan fiziki və hüquqi şəxslər biznes kreditlərindən faydalana bilərlər. Kreditin məbləğindən asılı olaraq onun təminatı qismində zaminlik, avtomobil, şəxsi ev əmlakı, daşınan və daşınmaz əmlak, biznes avadanlıqları, qiymətli metallar, qiymətli kağızlar, dövriyyədə olan əmtəə-mal qalığı ola bilər.

Tarix
2015.02.24 / 10:50
Müəllif
Məmməd
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla