Yuxarı

Əmanətlərin faizi qaldırıldı - Rəsmi

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əmanətlərin faizi qaldırıldı - Rəsmi

Əmanətlərin Sığortalanması Fondu sığortalanan bank əmanətləri üçün faiz dərəcələrini dəyişib.

Fonddan Musavat.com-a verilən məlumata görə, fevralın 24-dən etibarən maksimum faiz dərəcələri 9%-dən 12%-ə qaldırılıb:

"Əmanətlərin Sığortalanması Fondu əmanətçilərin diqqətinə çatdırır ki, 2015-ci il fevral ayının 24-dən etibarən banklarda yerləşdirilən qorunan əmanətlər üzrə faiz dərəcəsinin yuxarı həddi 9%-dən 12%-ə qaldırılmışdır.
Fondun Himayəçilik Şurası 23 fevral 2015-ci il tarixində keçirilən növbədənkənar iclasında qorunan əmanətlər üzrə faiz dərəcəsinin yuxarı həddinin 9 faizdən 12 faizə qaldırılması barədə qərar qəbul edib.

Bu dəyişiklik 24 fevral 2014-cü il tarixindən qüvvəyə minir və bu tarixdən sonra üzv banklarda illik 12 faizdən yuxarı faiz dərəcəsi ilə yerləşdirilmiş əmanətlər qorunmayan əmanət hesab ediləcəkdir.

Xatırlatmaq istərdik ki, hər bir sığorta hadisəsinə görə qorunan əmanətçinin qorunan əmanətinə ödənilməli olan kompensasiya məbləği 30 000 manat təşkil edir. Əmanətçilər əmanətlərinin sığortalanması üçün heç bir ödəniş etmir.Sığorta haqları yalnız üzv banklar tərəfindən ödənilir".

Tarix
2015.02.24 / 12:15
Müəllif
Axar.az
Digər xəbərlər

Dini komitə sədrindən məktəbli geyimləri barədə açıqlama

Misir Mərdanovdan məktəbli formaları ilə bağlı açıqlama

Prezident onun səfəri ilə bağlı video paylaşdı

“Hicab” iddiası ilə məktəblərə hücumun arxasındakı qüvvə...

Prezident təqaüdçülərinin universitetlər üzrə bölgüsü

Muxtarzadə yüksək vəzifəyə təyin olundu

Ukraynadan daha 30 uşaq Azərbaycana gəldi

Bunu Azərbaycandan daha ucuza alırıq - Kobaxidze

İqnasio Kassis bu dəfə Ermənistana gəlir

Kəmaləddin Heydərov iranlı nazirlə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla