Yuxarı

Prezident bu barədə tövsiyyələrini verdi - Nazir

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin altıncı toplantısı keçirilib.

Axar.az xəbər verir ki, toplantıdan sonra mətbuat konfransı baş tutub.

Energetika naziri Pərviz Şahbazov jurnalistlərə açıqlamasında toplantının işi ilə bağlı məlumat verib:

“Cənub Qaz Dəhlizi şurasıda cənab Prezident İlham Əliyev iştirak etdi və hər zaman olduğu kimi şuranın fəaliyyətinə dair, layihənin işləri və gələcəkdə baş tutacaq planlar haqqında tövsiyələrini verdi. Daha sonra şura öz işini davam etdirdi. Bugünkü iclasda iştirakçı şirkətlər tərəfindən hesabatlar təqdim olundu. Daha sonra 13 ölkənin hökumət və dövlət nümayəndələri, Avropa İttifaqının təmsilçiləri layihənin gedişatı ilə bağlı fikirlərini bildirdilər. Bildirmək istəyirəm ki, Cənub Qaz Dəhlizinin bir komponenti olan "Transadriatik" layihəsi 2020-ci ilin sonuna qədər başa çatdırılacaq. Beləliklə, Cənub Qaz Dəhlizi layihəsinin bu il tamamilə sona çatdırılması nəzərdə tutulur ki, bununla da Azərbaycan qazının Avropaya çıxışı təmin olunacaq. Dəhlizdən 16 milyard kubmetr təbii qaz tranzit olunacaq. Onun 6 milyard kubmterı Türkiyənin, qalanı Avropanın payına düşür. Bundan başqa, gələcəkdə Balkan ölkələrinə dəhlizin çəkilməsində maraq var. Bu çərçivədə Bolqarıstan Azərbaycan qazının alınmasında ilk sırada təmsil olunacaq".

Daha sonra çıxış edən Avropa Komissiyasının Enerji Direktorluğunun baş direktorunun müavini Klaus-Dieter Borxardt Cənub Qaz Dəhlizi Məşvərət Şurasında iştirakından məmnunluğunu dilə gətirib:

"İşini başa çatdırmış toplantı çərçivəsində məhsuldar disskusiya apardıq. Cənub Qaz Dəhlizi layihəsinin ərsəyə gəlməsi 10 il əvvəl baş tutub. Bu dövr ərzində layihənin gedişatı diqqətlə izlənib. Azərbaycandan başlayan layihə Türkiyə, Yunanıstandan keçərək İtaliyaya qədər uzanır. Layihənin son addımı olan "Transadriatik" layihəsi İtaliya şirkətləri tərəfindən tətbiq olunub və artıq başa çatmaq üzrədir. Bu, Gürcüstan, Türkiyə, Yunanıstan, İtaliya və ümumilikdə, Avropa İttifaqı üçün mühüm xəbərdir. Biz gələcəkdə dəhlizin marşurtlarının şaxələndirilməsində maraqlıyıq. Gələcəyə nəzər saldıqda, hesab edirik ki, bu istiqamətdə yeni marşrutlar açıla bilər. Ümid edirik ki, Xəzər dənizindəki perspektivli ehtiyat yataqlar sayəsində, bu, mümkün olacaq. Bu məsələlər gələcək toplantılarda müzakirə olunacaq. Prezident İlham Əliyev toplantıda bəyan etdi ki, dəhlizin genişləndirilməsi ilə bağlı məşvərət şurasının müzakirələri baş tutacaq".

İtaliya iqtisadi inkişaf nazirinin müavini Alessandra Todde isə çıxışında Cənub Qaz Dəhlizinin ölkəsi üçün əhəmiyyətini vurğulayıb:

"Bu layihənin icrası 2015-ci ildə başlanıb. Uğurla aparılan bu iş artıq başa çatmaq üzrədir. Layihənin həyata keçirilməsi İtaliyanın enerji təhlükəsizliyini təmin edəcək. Bu yerdə vurğulamaq istəyirəm ki, Azərbaycanla İtaliya arasında enerji sahəsində əməkdaşlıqla bağlı memorandum imzalanıb. Bu razılaşmanın imzalanmasında məqsəd enerji sahəsində birgə layihələrin həyata keçirilməsidir. Dəhlizin reallaşdırılması da bunlardan biridir".

Qeyd edək ki, Məşvərət Şurasında ABŞ, Böyük Britaniya, Bolqarıstan, Gürcüstan, Serbiya, Türkiyə, İtaliya, Yunanıstan, Rumıniya, Türkmənistan, Xorvatiya, Monteneqro, Macarıstan və Avropa İttifaqının hökumət və dövlət nümayəndələri iştirak edib.

Tarix
2020.02.28 / 18:05
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla