Yuxarı

Yeni dalğa başladı: antiqlobalizm gücləndi, nəzəriyyə itdi...

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yeni dalğa başladı: antiqlobalizm gücləndi, nəzəriyyə itdi...

Dünyada iqtisadiyyatın çökməsi davam edir. Çin iqtisadiyyatında son 30 ildə ilk dəfə azalma qeydə alındı, birinci rübdə ÜDM 6,8% azaldı, bu çox böyük rəqəmdir.

Axar.az-ın məlumatına görə, bu sözləri ekspert Natiq Cəfərli qeyd edib. Onun sözlərinə görə, Çinin iqtisadiyyatı hər 1% azalanda 4 milyon insan işsiz qalır.

“Yaponiya və ABŞ qərar verərək, Çindən istehsal müəssisələrini çıxardırlar - antiqloballaşma sürətlənir. Bu isə o deməkdir ki, pandemiyadan sonra dünyada məhsullar bahalaşacaq”, - deyə ekspert proqnoz verib.

N.Cəfərli hesab edir ki, dünya ölkələri inflyasiya yaratmağa çalışacaqlar, indiki böhrandan çıxış üçün illik azı 5% inflyasiya iqtisadiyyata dərman kimi lazımdır:

“Dünyaya səpilən trilyonlarla dollar da inflyasiya yaradan faktor olacaq. Bəşər tarixinin son 100 ili, obrazlı desək, “keynsçilik” nəzəriyyəsi ilə “friedmançılıq” nəzəriyyəsi arasında gedib-gəlib. Böhranda keynsçilər önə çıxıb, amma duruş gətirə bilməyərək səhvlər ediblər, sonradan friedmançılar revanş götürüb. 2020-ci ildə isə aləm dəyib bir-birinə, keynsçilik önə çıxsa da, indiki böhranın mahiyyətini tuta bilmir, ya da başqa alternativləri görmür. İstehlakın kəskin azalması, vərdiş və davranış qaydalarının sürətlə dəyişməsi baş verir. Hələ bu fenomeni anlamağa doğru-düzgün nəzəriyyə yoxdur. Makroiqtisadiyyat elmi yenidən yazılacaq”.

Tarix
2020.04.18 / 11:00
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

İsraildə seçkinin ilkin nəticəsi - Netanyahu uduzur

Bərdədəki terrordan 6 il ötür

Yaşar Gülərdən Azərbaycanla bağlı mühüm mesaj..

AMEA rəhbərliyi Ramiz Mehdiyevlə bağlı iclas çağıracaq

Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı

AB indi də Dehliyə ümid edir: Putin onu eşitməyəcək!

Ramiz Mehdiyevin əmlakları müsadirə edildi, təltifləri isə...

Baxçalıdan Azərbaycan açıqlaması: Türk dünyasının gücü...

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Fransa ən elementar siyasi tələbi təhlükə kimi görür - Abbasov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla