Yuxarı

Karantin bitir: Hansı sahələr ilk açılacaq?

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Karantin bitir: Hansı sahələr ilk açılacaq?

Postpandemiya dövrünə keçid zamanı ilk olaraq gözəllik salonları və bərbərxanaların açılacağını düşünürəm.

Bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı Natiq Cəfərli postpandemiya dövründə hansı sahələrin fəaliyyətini ilk olaraq bərpa edəcəyi barədə danışarkən deyib.

O bildirib ki, Prezident İlham Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev və İqtisadiyyat naziri Mikayıl Cabbarovun iştirakı ilə videobağlantı formatında keçirdiyi iclasda postpandemiya dövrünə hazırlıq prosesindən bəhs etmişdi:

“Prezident bu keçid prosesində bəzi sahələrin tədricən açıla biləcəyini vurğulamışdı. Düzdür, bu sahələrin hələ tam olaraq hansı olduğunu vurğulamasa da, məsələ ilə bağlı işlərin getdiyini qeyd etmişdi. Düşünürəm ki, bu məsələdə ilk olaraq insanların daha az bir araya gəldiyi sahələr fəaliyyətini bərpa etməlidir. Çox sadə bir misal kimi mən qəzet köşklərini göstərə bilərəm. Paralel olaraq gözəllik salonları, bərbərxanalar açıla bilər. Bu sahələr sosial məsafə və sanitar normalar tətbiq olunmaqla öz fəaliyyətini bərpa edə bilər. Digər bir sahə isə aşağı kvadratlı qeyri-ərzaq mağazalarının açılmasıdır”.

Ekspert bildirib ki, bunlar iqtisadiyyata ciddi təsir etməsə də, insanların böyük ehtiyac duyduğu xidmət sahələridir:

“Böyük ehtimalla, ictimai nəqliyyat, xüsusilə metro xidmətinin bərpası növbəti addım olacaq. Ancaq ilk mərhələdə insan sıxlığına səbəb olan mollar, restoranlar, şadlıq evlərinin açılacağını düşünmürəm. Yəqin ki, bu xidmət sahələri son açılanlar sırasında olacaq”.

Tarix
2020.04.21 / 08:00
Müəllif
Turan Rzayev
Digər xəbərlər

İranın AzTV-ni “düşmən” saymasının cavabı...

Türkiyədə işlənən sözlərdən niyə qaçırıq?

Ruben Vardanyanın maliyyə şəbəkələri ilə bağlı yeni faktlar

AzTV İranın bu hücumlarına cavab verəcək - Video

Erməni cinayətkarların məhkəməsi keçirildi

Ukrayna daha bir ölkə ilə savaşa girdi - Səbəbi...

İstanbul və Qarsdakı baş konsullar geri çağırıldı - Yeni təyinat

Biz çıxırıq, Azərbaycan isə sürətlə... - Çarukyan

Tokayev bunu Putinin üzünə dedi və imtina etdi

Bu ölkə Azərbaycana fəxri konsul təyin etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla